Əsas Səhifə > Cəmiyyət > CAHANGİR HACIYEV YALAN DANIŞIR
CAHANGİR HACIYEV YALAN DANIŞIR11-05-2012, 16:24 |
ABB ŞEFİNƏ BU YALANLAR NİYƏ LAZIMDIR? "Nizamnamə kapitalını 100 mln manat artırmışıq. Nizamnamə kapitalında dövlətin iştirak payının (50,2%) ödənilməsi üçün Maliyyə Nazirliyi 50 mln manat köçürüb. Qalan 50%-i qanuna müvafiq olaraq başqa səhmdarlara təklif etmişik. Bu barədə mayın 10-da Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib. Amma faktlar göstərir ki, ABB-nin 1-ci şəxsinin dedikləri həqiqətə uyğun deyil. Fikrini davam etdirən Hacıyev vurğulayıb ki, «əgər səhmdarlar öz paylarını ödəməsələr, səhmlər bazara çıxarılacaq". ABB-nin nizamnamə kapitalını səhm emissiyası ilə artırmaq barədə qərar bu ilin fevralında qəbul edilib. Bu barədə bankın saytında məlumat verilib. Amma bu günə kimi Dövlət Komitəsi ABB-nin emissiya prospektini qeydiyyata almayıb. Hər halda QKDK-nın məlumat bazasında bu barədə informasiya yoxdur. QKDK ictimai əlaqələr sektorunda Turan-a deyiblər ki, emissiya prospektinin qeydiyyatı barədə müraciətə baxılır. “Turan” agentliyi bankın bir neçə səhmdarı ilə əlaqə saxlayıb. Onlar qeyd ediblər ki, emissiyanın alışı barədə rəsmi bildiriş almayıblar. ABB-yə xidmət edən depozitarlar da səhmdarlara səhmlərin alınması təklifi edildiyini təkzib ediblər. ABB mətbuat xidmətində sədrin sözlərini şərh etməyiblər və qeyd ediblər ki, bu barədə mətbuatda məlumat veriləcək. Hazırda ABB-nin ödənilmiş nizamnamə fondu 240 mln manatdır. Sonuncu dəfə bankın kapital artımı 2009-cu ilin III rübündə səhmlərin nominalının 0,20 manatdan 0,24 manata artırılması yolu ilə olub. Qeyd edək ki, ABB minoritarlara səhmdarların ümumi yığıncağı barədə məlumat vermir. Nizamnamə kapitalının artırılması barədə fevral qərarı dar dairədə dövlətin təmsilçiləri və iri səhm paketi sahiblərinin iştirakı ilə keçirilib. Bankın səhmdarlarının sayı təxminən 1500 hüquqi və fiziki şəxs, o cümlədən xarici rezidentlərdir. Geri qayıt |