Əsas Səhifə > Ölkə, Manşet > ASİ MƏMURLAR İLK HƏDƏFƏ GƏLƏCƏKLƏR
ASİ MƏMURLAR İLK HƏDƏFƏ GƏLƏCƏKLƏR11-05-2012, 15:20 |
KƏRƏM HƏSƏNOVLA MİSİR MƏRDANOV 2005-Cİ İLİN BƏDƏLİNİ ÖDƏYİRLƏR DİA.AZ: - Hakimiyyət içində cərəyan edən oyunların əsas hədəflərindən birinin də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun olması bir faktdır. Əslində Kərəm Həsənov hazırki mövqeyi ilə ən çətin durumda olanıdır. Çünki 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı komitə sədri onun bu mərtəbəyə yüksəlişində müstəsna rol oynamış və onu bir siyasi fiqur kimi hakimiyyətin yuxarı eşalonuna təqdim etmiş keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin həbsində və həbsdən sonra Fərhad Əliyevə qarşı qurulan oyunlarda birbaşa iştirak etməsilə özünə əməlli-başlı ziyan vurdu ki, indi həmin əməllərinin peşmançılığını çəkməkdədir. Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərinə görə, bu gün Kərəm Həsənovla təhsil naziri Misir Mərdanov təxminən oxşar vəziyyəti yaşayırlar. Necə ki, Kərəm Həsənov Fərhad Əliyevə qarşı asi olmuşdu, Misir Mərdanov də dünənə qədər əlini öpdüyü, «ağsaqqalım» dediyi keçmiş səhiyyə naziri Əli İnsanova qarşı tikilən torbanın əsas «dərzilərindən» biri kimi diqqətə gəldi. Hələ də Mərdanovun təhsil obyektlərində Fərhad Əliyevə və Əli İnsanova qarşı təşkil etdiyi «zəhmətkeş tədbirlərini» kimsə unutmayıb. Redaksiyamıza daxil olan məlumatlara görə, beləcə iqtidar düşərgəsində kimsə tərəfindən ciddi etimada layiq görülməyən bu iki şəxs böhranlı dönəmlərini yaşayırlar. Mənbənin söylədikləri: «Ən acınacaqlı duruma isə son zamanlar Kərəm Həsənov düşüb. Hətta onun bir sıra obyektlərinə də əl qoyulub. Əlindəki imkanları da itirilmək üzərədir. Çünki hakimiyyət yaxşı bilir ki, bir dəfə xəyanət edən yenə də xəyanət edə bilər. Həm Kərəm Həsənov və həm də Misir Mərdanov artıq bir dəfə xəyanə ediblər və onların bu əməlləri hakimiyyət tərəfindən heç də səmimiyyətin, sədaqətin göstəricisi kimi qəbul olunmur və dünənə qədər onlara yaradılan imkan nəfəslikləri tıxanmaq üzərədir». Bütün bunların hər iki iqtidar adamının yol üstündə olması ilə əlaqələndirən qaynağımız onu da iddia edir ki, burada maraqlı bir proses də var: «İlginc olanı odur ki, Kərəm Həsənov Misir Mərdanovla müqayisədə yeni kadr olmasına baxmayaraq, öncə onu «vuracaqlar». Misir Mərdanov isə növbəti dərs ilinin əvvəlində vəzifəsindən alınacaq». Artıq Kərəm Həsənovla bağlı planların işə salındığını bildirən mənbəmiz komitə sədrinin «vurulmasında» - hədəfə çevrilməsində Dövlət Bayraq Meydanında və həmçinin «Avroviziya» hazırlıqları ilə bağlı aparılan inşaat işlərindəki axsamaların müstəsna rol oynadığını da söylədi: «Yaxın zamanlarda Kərəm Həsənov görəvindən alınacaq. Onun artıq kifayət qədər şişmiş deputat qardaşının isə bir daha mandat üzü görməyəcəyi də şübhəsizdir». Geri qayıt |