Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZ AİLƏ QURMAĞA HAZIRLAŞIR

MÜĞƏNNİMİZ AİLƏ QURMAĞA HAZIRLAŞIR


11-05-2012, 15:05
MÜĞƏNNİMİZ AİLƏ QURMAĞA HAZIRLAŞIR

BU GÜN XATİRƏ İSLAMIN NİŞANIDIR

Milli.Az-ın əməkdaşının telefon zənginə cavab verən Xatirə İslam ən xoşbəxt günü ilə bağlı əldə etdiyimiz məlumatların hamısını təsdiqlədi. Daha sonra sevincini oxucularımızla bölüşdü:

“İndi gözəllik salonundayam. Qızlar saçımı düzəldirlər, mən də sevinc içində oynayıb xoşbəxt anımın yetişəcəyi vaxtı gözləyirəm. Nişanlım barəsində heç bir məlumat vermək istəmirəm. Adını da açıqlamağa ehtiyac yoxdur. Qoy oxucularınız bu barədə informasiyasız qalsınlar (gülür). Yazın ki, ürəkdolusu xoşbəxtlik yaşayıram. Pərəstişkarlarıma sevincli xəbəri ilk siz çatdırdınız, inşallah, toyuma da çağıracağam, gəlib, sevincimizi bölüşərsiniz”.

----------
14:14

Milli.Az-ın əməkdaşının əldə etdiyi məlumata görə, mayın 11-də populyar estrada müğənnisi Xatirə İslam onu seçib-sevən ziyalı gənclə nişanlanır. Şou-biznesin yeni kürəkəninin adı gizli saxlanıldığı üçün ətraflı məlumat təqdim edə bilməsək də, etibarlı mənbəmiz xoş tanışlığın təfərrüatı barədə maraqlı açıqlama verdi. Xəbəriniz olsun ki, təşkil olunan toylardan birinə qonaq kimi dəvət olunan Xatirə, özü də bilmədən gələcək ömür-gün yoldaşının qarşısına çıxıb.

İddialara görə, oğlanın X.İslamın tanınmış müğənni olması barədə hansısa məlumatı olmayıb. İlk görüşdən sevgisini izhar edən oğlan, ardınca elçilərini sənətçinin qapısına göndərib. “Həri”si verilən Xatirə gələcək həyat yoldaşının onun barəsində məlumatsız olduğundan qətiyyən rahatsız deyil.

Kürəkən haqqında daha bir məlumat. Əslən bakılı olduğu deyilən həmin gənc 4 xarici dil bilir.

“Qismətim budur” prinsipini rəhbər tutan müğənni, bu axşam Bakının Novxanı qəsəbəsində yerləşən bağ evində əsasən gənc dostlarının və həmkarlarının əhatəsində barmağına nişan üzüyü taxacaq. Onu da dəqiqləşdirdik ki, ildırım sürəti ilə nişanlanan Xatirə çox qısa zamanda ağ gəlinlik də geyinəcək. Deyilənlərə görə, toy maksimum bir ayın içində baş tutacaq.

Allah xoşbəxt eləsin!


Geri qayıt