Əsas Səhifə > Dünya > ŞEYXİN ARZUSU ÜRƏYİNDƏ QALDI

ŞEYXİN ARZUSU ÜRƏYİNDƏ QALDI


11-05-2012, 14:39
ŞEYXİN ARZUSU ÜRƏYİNDƏ QALDI

ONA AMERİKADA EV SATMADILAR

Qətərin baş naziri şeyx Haməd ibn Casim ibn Cabər Əl-Taniyə Nyu-Yorkda mənzil satmaqdan imtina ediblər. Bu barədə “Əl-Yaum” telekanalı xəbər verib.

Manhettenin ən nüfuzlu memarlıq binalarının birində yerləşən mənzili satmaqdan imtina edilməsinə səbəb nə vətəndaşlıq, nə də alıcının tutduğu vəzifə olmayıb. Səbəb naziri bütün səfərlərində müşayət edən 15 övladının olmasıdır.

SalamNews-un "Asriran"a istinadən verdiyi xəbərə görə, daşınmaz əmlakın sahibi öz qərarını onunla izah edib ki, uşaqlar çox tanınmış və imkanlı insanlar olan qonşuları narahat edə bilərlər. Bəziləri hesab edir ki, səbəb nazirin diplomatik toxunulmazlığı olub. Belə ki, əgər uşaqlar binaya və ya onun sakinlərinə zərər verərsə, toxunulmazlıq səbəbindən onları məsuliyyətə cəlb etmək mümkün olmayacaq.

Qeyd edək ki, 1915-ci idə inşa edilmiş və “907” adlı 12 mərtəbəli bina Manhettenin 72-ci küçəsində yerləşir və şəhərdəki ən dəbdəbəli binalardan biri hesab edilir. Binanın çıxışında nadir rəsm əsərləri nümayiş olunan kiçik muzey də var.


Geri qayıt