Əsas Səhifə > Ölkə > MƏŞHUR ROK İFAÇISINDAN HAKİMİYYƏTƏ RƏDD CAVABI
MƏŞHUR ROK İFAÇISINDAN HAKİMİYYƏTƏ RƏDD CAVABI11-05-2012, 14:05 |
SARA HİKMAN BAKIYA NİYƏ GƏLMƏDİ? Texasdan olan amerikalı ilk rok ifaçısı Sara Hikman Azərbaycanda insan haqlarının pozulması ilə əlaqədar Bakıya “Eurovision” müsabiqəsinə gəlməkdən imtina edib. Müğənniyə yaxın şəxslərin Turan-ın Vaşinqton müxbirinə təqdim etdikləri bəyanatda deyilir ki, Sara iki həftə əvvəl onu Ostin şəhərində qəbul etmiş azərbaycanlıların və türklərin qonaqpərvərliyindən çox razıdır. “Unudulmaz nahar və mahnı üçün səmimi qəlbdən təşəkkürümü bildirirəm. Azərbaycan haqqında demək istədiklərim heç bir halda sizə aid deyil. Çünki mən inanıram ki, siz səmimi, səxavətli, xeyirxah insanlarsınız. Naməlum şəxslərin xeyirxahlığı bizə bu və ya digər tədbirlərdə iştirak üçün nadir imkanlar yaradır. Bu yaxınlarda mənim 600 milyondan çox tamaşaçının izləyəcəyi populyar “Eurovision” şousunda iştiraka dəvətim də belə oldu. Səfərlə bağlı bütün xərclər Azərbaycan Dövlət Neft Şirkətinin hesabına ödəniləcək. Mən ABŞ-ı başqa ölkədə təmsil etmək, dünyanın böyük teleşousunda diqqət mərkəzində olmaq, yeni tanışlıqlar və xatirələr əldə etmək imkanları qazandım. Hər şey mənim əlimdə idi. Dünən isə Amnesty International-dan aldığım məktubda Bakıda, ümumilikdə ölkədə insan haqlarının acınacaqlı durumda olduğu bildirilir. (Http://hereandnow.wbur.org/2012/05/09/eurovision-contest-azerbaijan) İnsan haqlarının pozulması ilə bağlı problemlərin çoxu məhz ARDNŞ, evlərin sökülməsi və bütün bunlar haqda danışmaq istəyən jurnalistlərin, hüquq müdafiəçilərinin, musiqiçilərin döyülməsi ilə əlaqədardır. Nə üçün bütün bunlar baş verib, ondan ötrü ki, müsabiqənin keçiriləcəyi yerdə dəyəri 134 mln. dollarlıq və 25 min yerlik Crystal Hall tikilsin. Beynəlxalq təşkilatların məlumatlarına görə, 2012-ci ildə Azərbaycanda insan hüquqlarının vəziyyəti 2011-ci illə müqayisədə pisləşib. Hökumət bütün etiraz formalarını boğur, biabırçı məhkəmə proseslərindən sonra onlarla gənc fəal həbsxanaya salınıb. Jurnalistlərə qarşı böhtan üzrə cinayət işlərinin sayı azalsa da, onların və digər tənqidçilərin işləməsi üçün atmosfer acınacaqlı olaraq qalır. Hökumətin Bakının mərkəzinin abadlaşdırılması üzrə kampaniyası mənzillərin məcburən qanunsuz sökülməsinə gətirib çıxarıb. Etiqad azadlığının məhdudlaşdırılması, həbsdə olanlarla amansız rəftar, işgəncələr davam edir. Azərbaycan Avropa Şurasının siyasi məhbuslar üzrə məruzəçisini ölkəyə buraxmamaqda davam edir. Hər kəs “Azərbaycanda insan hüquqlarının pozulması” ilə bağlı axtarış verə bilər və bu mövzuda çox şey görə bilər. Mən ora getməməyi qərara almışam. Çünki mən Azərbaycanda öz evlərindən amansızcasına çıxarılan qardaş və bacıların tərəfində olmaq istəyirəm. Ona görə getmək istəmirəm ki, səfər xərcləri ARDNŞ tərəfindən ödənilir və mən insan haqlarının pozulmasının iştirakçısı olmaq istəmirəm. Müsabiqə zamanı səhnədən kənarda başqa səslər də eşidiləcək. Ümidvaram ki, siz onları eşidəcəksiniz, onların və bütün dünyada hüquqlarından məhrum edilmiş adamların adından danışacaqsınız”, - Hikman müsabiqə iştirakçılarına müraciət edib. Geri qayıt |