Əsas Səhifə > Partiya > “DOSTLAR, KURSUNUZA YENİDƏN BAXIN”

“DOSTLAR, KURSUNUZA YENİDƏN BAXIN”


10-05-2012, 18:56
“DOSTLAR, KURSUNUZA YENİDƏN BAXIN”

KXCP-NİN SUMQAYIT ŞÖBƏSİNƏ BADALAQ

DİA.AZ: - 9 may 2012-ci il tarixdə Sumqayıtda müxalifətin şəhər şöbələri KXCP, AXCP, Müsavat, AMİP, VHP bir araya gələrək qərara gəlmişdilər ki, ATƏT-in nümayəndələri ilə görüş keçirsinlər. Bu barədə DİA.AZ-a məlumat verən KXCP Sumqayıt şəhər şöbəsinin sədri Şakir Məmmədovun sözlərinə görə, razılığa gəlinmişdi ki, nəzərdə tutulmuş görüş KXCP-nin qərargahında keçirilsin: “Bu minvalla da axşam saat 8.00-da söhbəti yekunlaşdıraraq dost kimi ayrıldıq”.

Şakir Məmmədov sözünün davamında deyir: “Mənə KXCP-nin Sumqayıt şəhər şöbəsinin sədri olaraq bildirildi ki, sabah saat 10.30-da Müsavat partiyası Sumqayıt təşkilatının sədri Fəxrəddin Abbasın zəngini gözləyim və ATƏT-in nümayəndələri ilə qərargahımızda görüşək.

Onu da bildirim ki, mən məlum görüş haqqında KXCP rəhbərliyini məlumatlandırdım və müsbət cavab aldım.

Səhərisi gün saat 12-yədək Fəxrəddin Abbasın zəngini gözlədim. Sonradan belə bir məlumat aldım ki, bizə məlum olmayan səbəblərdən bizə xəbərdarlıq etmədən görüş yeri dəyişdirilmiş, hansısa çayxanada görüşü düzənləmişlər.

Biz bu hərəkəti KXCP Sumqayıt şöbəsi olaraq, özümüzə qarşı hörmətsizlik və sayğısızlıq kimi qiymətləndiririk. Belə ki, Müsavat partiyasının Sumqayıt şöbəsinin qərargahının İH tərəfindən müxtəlif bəhanələrlə alınmasından sonra KXCP olaraq biz həmiєə onların bütün toplantılarının qərargahımızda keçirilməsinə şərait yaratmışıq.

Dostlarımız həmişə monolit birliyin olmamasından gileylidirlər. İndi isə badalaq gəlirlər.

Əlbəttə ki, bu cür hallar partiyalar arasında qarşılıqlı etimadsızlıq yaradır.

Düşünün, daşının, dostlar, kursunuza yenidən baxın, belə yaramaz!”


Geri qayıt