Əsas Səhifə > Hadisə, Manşet > RÖVNƏQ ABDULLAYEVİN MÖVQEYİ BƏLLİ OLDU

RÖVNƏQ ABDULLAYEVİN MÖVQEYİ BƏLLİ OLDU


10-05-2012, 15:12
RÖVNƏQ ABDULLAYEVİN MÖVQEYİ BƏLLİ OLDU

ARDNŞ ŞEFİ SULUTƏPƏ OLAYLARINA GÖRƏ ARAŞDIRMAYA TƏZYİQ EDİR

DİA.AZ: - Bu ilin 18 aprel tarixində Sulutəpədə ARDNŞ-nin qoluzorluları tərəfindən sakinlərin evləri sökülərkən baş verən toqquşma nəticəsində jurnalistlərin döyülməsi işini araşdıran istintaqçılara Dövlət Neft Şirkətinin rəhbərliyi tərəfindən davamlı olaraq təzyiqlər edilir, müxtəlif sifarişlər verilir.

Bu barədə məlumatı DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı məlumatlı dairələr ötürüb. Xatırladaq ki, həmin ərazidə yaşayan «Ayna»-«Zerkalo» qəzetinin əməkdaşı İdrak Abbasova qarşı Rövnəq Abdullayevin qoçuları ağır formada xəsarət yetirsələr də, bu barədə verilən rəsmi açıqlamalarda «Sulutəpə olayları hüquqi formada aşardırılır» ifadəsi yer alsa da, hələ də günahkarlar layiqli formada cəzalandırılmayıblar.

Və son məlumatlardan da aydın olur ki, heç cəzalandırılmayacaqlar da. Məlumatlı mənbə redaksiyamıza bildirib ki, həmin şəxslərin kimlikləri istintaqa məlum olsa da, hansısa hüquqi ölçünün götürülməsi imkansızdır: «Çünki bu işdə birbaşa olaraq maraqlı tərəf elə Rövnəq Abdullayevin özüdür və davamlı olaraq istintaq orqanlarına təzyiqlər etməklə yanaşı, həm də ARDNŞ prezidenti öz adamlarını əmin edib ki, onların heç biri cəzalanmayacaq».

Mənbəmiz xatırladır ki, əvvəllər bu kimi olaylarda rəsmi dairələr simvolik də olsa, kimlərisə cəzalandırırdı: «Amma indi belə şeylər olmur. Hər kəsin gözü qarşısında «Ziya Məmmədovun «SS»çiləri» adını almış nəqliyyat nazirliyinin müfəttişləri sürücülərə divan tutur, amma onlardan ayın tarixini də soruşan olmur. Bu işdə eyni qaydada arxivə göndəriləcək».


Geri qayıt