Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > ORDU SİSTEMİNDƏ QALMAQAL BÖYÜYÜR

ORDU SİSTEMİNDƏ QALMAQAL BÖYÜYÜR


10-05-2012, 14:53
ORDU SİSTEMİNDƏ QALMAQAL BÖYÜYÜR

LƏNKƏRAN ƏLİYEV MN RƏHBƏRLİYİNƏ QARŞI MƏTBU HÜCUMA HAZIRLAŞIR

DİA.AZ: - Müdafiə Nazirliyi ilə Azərbaycan Silahlı Qüvvələri Akademiyasının qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyev arasında hökm sürən konflikt daha da şiddətli xarakter almaq üzərədir. Bildirək ki, artıq MN rəhbərliyinin təşəbbüsü ilə general-mayora qarşı köhnə cinayət işi ilə istintaq başladılıb və artıq bu barədə hərbi prokurorluq da müvafiq olaraq öz mövqeyini açıqlayıb.

Hətta bu arada belə bir məlumat da yayıldı ki, istintaq orqanları Lənkəran Əliyevin saxlanılması barədə də qərara imza atmağa hazırlaşırlar. Sadəcə olaraq, bir generalın məhz daxili konflikt əsasında həbsə atılması böyük bir ajiotaj yarada biləcəyindən bu barədə bir qədər ehtiyatlı mövqe seçilib.

Mötəbər qaynaqlardan DİA.AZ-a ötürülən son məlumatlardan isə aydın olur ki, özünü kifayət qədər arxalı hiss edən Lənkəran Əliyev də Səfər Əbiyev cəbhəsindən edilən hücumlara qarşılıq verməyə hazırlaşır. Mənbəmiz bildirir ki, Lənkəran Əliyev artıq bir neçə mətbuat nümayəndəsi ilə anlaşaraq, MN rəhbərliyinin əleyhinə kamparamat xarakterli materialların dərcində maraqlıdır:

«Məlumdur ki, Lənkəran Əliyev MN sistemində kifayət qədər güclü bir fiqurdur və onun sıradan birisi ilə tərəzinin eyni gözünə qoyulması doğru olmaz. General-mayor uzun müddət ordu sistemində rəhbər vəzifələrdə çalışıb və onun əlində hazırki Müdafiə Nazirliyi rəhbərliyinə aid xeyli sayda ifşaedici dəlillər var ki, əgər vəziyyəti gərginləşərsə, həmin materiallar mətbuata ötürülə bilər».

Mənbəmizin sözlərinə görə, həmin kamparamat xarakterli faktların böyük əksəriyyəti milli ordu sistemində təchizat məsələsində yol verilən korrupsiya ilə bağlıdır: «Konkret sənədlərə söykənən həmin faktlar artıq bir mətbuat nümayəndəsinin əlində var. Və əgər general-mayor hansısa formada həbs olunarsa, o zaman həmin materiallar anındaca mətbuata ötürüləcək».

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt