Əsas Səhifə > Cəmiyyət > "AMAY" ŞEFİNİN BAŞINA GƏLƏNLƏR

"AMAY" ŞEFİNİN BAŞINA GƏLƏNLƏR


10-05-2012, 13:42
"AMAY" ŞEFİNİN BAŞINA GƏLƏNLƏR

ABDULLA ABDULLAYEVI ƏRDOĞAN NECƏ XILAS ETDI?

Bu ilin əvvələrindən etibarən Azərbaycanda tanınmış iş adamı, “A.M.A.Y” şirkətlər qrupunun prezidenti Abdulla Abdullayevə qarşı hakimiyyətin bəzi dairələrindən təzyiqlər başlanmışdı. İş adamına qarşı ən müxtəlif üsullarla, hətta Texnikabank-dan aldığı kreditləri geri qaytara bilmədiyinə görə, qohumlarını həbsə almaqla təzyiqlər edilirdi.

Uzun müddət mərhum prezident Heydər Əliyevin siyasi kursunu dəstəkləmiş, naxçıvanlı iş adamı olaraq mərhum prezidentlə yaxın əlaqələri olmuş Abdulla Abdullayev 2012!ci ilə qədər demək olar ki, heç bir məneə ilə üzləşmədən fəaliyyət göstərmişdi.

Hətta 2010!cu ildə Bakıda, Xətai rayonu ərazisində ölkənin ən iri qapalı Ticarət Mərkəzi olan AMAY Əyləncə və Ticarət Mərkəzinin açılışına dövlət başçısı İlham Əliyev də qatılmışdı.

Lakin cəmi bir ildən sonra iş adamına qarşqı təzyiqlər başlanmışdı. Texnikabank dərhal iş adamına verməli olduğu krediti kəsmiş, bununla da işləri yarımçıq qalan Abdulla Abdullayev kreditlərini qaytara bilməmiş və adamlarının həbsə atılması faktı ilə üz!üzə qalmalı olmuşdu.

İş adamının uzun müddət ən müxtəlif üsullardan istifadə edərək müdafiə olunması, hətta siyasi yönümlü QHT də yaratması situatsiyanı dəyişməmişdi.

Lakin günlərin bir günü vəziyyət 180 dərəcə Abdulla Abdullayevin xeyrinə dəyişdi. GUNDEMİNO.AZ-a danışan məlumatlı məmurlardan biri deyir ki, Abdulla Abdullayevin xilas olmasında Gürcüstan prezidenti Mixail Saakaşvilinin xüsusi rolu olub. Belə ki, Saakaşvili sonuncu Bakı səfəri ərəfəsində Texnikabank rəhbəri Etibar Əliyevin böyük iqtisadi maxinasiyalarda iştirak etməsinə dair faktları Azərbaycan prezidentinə təqdim edib.

Bunun ardından isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə telefon açaraq Abdulla Abdullayevi qorumasını xahiş edib. Maraqlıdır ki, bütün bu baş verənlərdən sonra isə Abdulla Abdullayev tam xilas ola bilməyib.

Ölkədə böyük nifuzu ilə tanınan iş adamı, biznesini dirçəltmək üçün son bir neçə ayda böyük cəhdlər etsə də əsaslı uğur əldə edə bilmədiyi söylənilir.

ZƏRURİ ARAYIŞ: Bir həftə əvvəl “A.M.A.Y” Şirkətlər Qrupunun mətbuat xidməti Abdulla Abdullayevin barəsində şər yazılması barədə açıqlama verərək bəyan etdi ki, guya hansısa jurnalistlər onlardan pul qarşılığında əməkdaşlıq etmə təklif ediblər və bu alınmadıqda iş adamı haqqında mətbuatda qərəzli yazılar yazmağa başlayıblar. Həmin bəyanatda saytımızın da adı göstərilmişdi. Kiçik bir araşdırma apardıqdan sonra əslində bizim saytla iş adamı arasında heç bir maddiyata söykənməyən və tam obyektiv olan münasibətlərin olduğu ortaya çıxdı. Hər halda biz Abdulla Abdullayevin barəsində hansısa sifarişli və şəxsi qərəzli yazı yazmadığımızı dəfələrlə sübut etmişik. Elə bu informasiyanı da iş adamının Azərbaycan üçün nə qədər böyük nifuza sahib bir şəxs olaraq dəyərli olduğunu ən azı “reklamdır” demədən yayımlayırıq.


Geri qayıt