Əsas Səhifə > Hadisə > ELNUR MƏCİDLİ QOVULDU

ELNUR MƏCİDLİ QOVULDU


13-10-2011, 14:16
ELNUR MƏCİDLİ QOVULDU

QƏRB UNİVERSİTETİ DƏ SİYASİ SİFARİŞ İCRA EDİR

İctimai Palatanın (IP) Fəvvarələr meydanında keçirdiyi 2 aprel aksiyası zamanı həbs olunmuş və bu günlərdə iki il müddətinə azadlıqdan məhrum edilmiş AXCP fəalı Elnur Məcidli təhsil aldığı Qərb Universitetindən xaric edilib.

E.Məcidlinin atası Arzuman Məcidlinin verdiyi məlumata görə, Elnurun universitetdən qovulmasına səbəb kimi dərslərə müntəzəm davam etməməsi, kredit borcunun olması göstərilib.

Qeyd edək ki, E.Məcidli siyasi aqidəsinə görə ali məktəbdən qovulan ilk adam deyil. Bu ilin əvvəlində qondarma ittihamlarla həbs olunan Cabbar Savalanlı da eyni bəhanələrlə təhsil aldığı Sumqayıt Dövlət Universitetindən xaric edilmişdi.


Geri qayıt