Əsas Səhifə > Dünya > “ƏSAS YÜK BMT-NİN ÜZƏRİNƏ DÜŞÜR”

“ƏSAS YÜK BMT-NİN ÜZƏRİNƏ DÜŞÜR”


10-05-2012, 13:32
“ƏSAS YÜK BMT-NİN ÜZƏRİNƏ DÜŞÜR”

TEHRANDA BAĞDADIN TALEYİ HƏLL OLUNUR

Hazırkı şəraitdə BMT İraqda vacib rol oynaya bilər. Belə bir bəyanatla İran parlamentinin spikeri BMT baş katibinin İraq məsələləri üzrə xüsusi nümayəndəsi Martin Kubler ilə Tehranda keçirilmiş görüş zamanı çıxış edib.

SalamNews-un ''IribNews''a istinadən verdiyi xəbərə görə, Əli Laricani, son zamanlar İraqdakı inkişafı xüsusi vurğulayaraq, hazırkı regional dəyişikliklər fonunda ölkədəki inteqrasiya və həmrəyliyin həyati əhəmiyyət daşıdığını deyib.

Onun sözlərinə görə, BMT İraqda inteqrasiya, sabitlik və inkişafın güclənməsində əsas rol oynamalıdır.

BMT baş katibinin İraq məsələləri üzrə xüsusi nümayəndəsi isə, öz növbəsində, təmsil etdiyi təşkilatın İraqda təhlükəsizliyin təminatı və problemlərin həllindəki fəaliyyətini əks etdirən hesabat təqdim edib.


Geri qayıt