Əsas Səhifə > Dünya > ERMƏNİ HƏRBÇİ ÖZÜNÜ GÜLLƏLƏYİB

ERMƏNİ HƏRBÇİ ÖZÜNÜ GÜLLƏLƏYİB


10-05-2012, 13:25
ERMƏNİ HƏRBÇİ ÖZÜNÜ GÜLLƏLƏYİB

ERMƏNİSTANDA HƏRBİ HİSSƏSİNDƏ İNSİDENT

Ermənilər bir birlərini öldürməyə davam edirlər. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Ermənistanın hərbi hissələrindən birində hərbçi ilə bağlı insident baş verib.

Belə ki, Samvel Avetisyan adlı hərbçi öz avtomatı ilə boğazına atəş edib. Lakin erməni hərbçi xəstəxanaya çatdırılıb. Bəzi məlumatlara görə, adıçəkilən şəxsi başqa bir adam güllələyib. Erməni ordusunda özünə qəsd halları tez-tez olduğu üçün bu versiya ehtimal kimi səsləndirilir.

İkinci insident isə erməni işğalı altında olan Xankəndində baş verib. Fiziki hazırlıq keçən erməni əsgər Qor Martirosyan elə idman edən zaman ölüb.
Əsgərin ölüm faktı təsdiqlənsədə, erməni rəsmiləri ölümün səbəbini açıqlamaqdan yayınırlar.


Geri qayıt