Əsas Səhifə > Siyasət, Manşet > TƏBRİZLİ DEPUTAT TARİXİ VƏTƏNİNƏ QARŞI

TƏBRİZLİ DEPUTAT TARİXİ VƏTƏNİNƏ QARŞI


10-05-2012, 13:04
TƏBRİZLİ DEPUTAT TARİXİ VƏTƏNİNƏ QARŞI

FARS-MOLLA REJİMİ SOYDAŞLARIMIZI AZƏRBAYCANA QARŞI DANIŞDIRIR

DİA.AZ: - İran rejimi antiAzərbaycan təbliğatını davam etdirir. Xatırladaq ki, Şuşanın işğal günündə fars-molla hakimiyyəti ölkəmizin qədim paytaxt şəhərimiz Təbrizdə yerləşən konsulluğu qarşısından aksiya düzənləyib. Həmin aksiya ilə bağlı «AranNews» portalında yayılan məlumatda bildirilir ki, bu tədbirdə İran parlamentinə Təbrizdən deputat seçilmiş türk kökənli Məhəmməd İsmail Səidi də çıxış edərək dövlətimizin ünvanına növbəti böhtanlar yağdırıb.

DİA.AZ bildirir ki, bununla da Azərbayca əleyhinə molla rejimi tərəfindən aparılan aksiyaya təbrizli deputatlar da qoşulmuş oldular. Həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

«Təbriz, Osku, Azərşəhr əhalisinin 9-cu İslami Şura Məclisinə seçilmiş nümayəndəsi dedi: "Azərbaycan Respublikası sionistlərin bazasına çevrilib və homoseksualların bu ölkədə parad keçirməsi sionistlərin planıdır".

AranNews-in məlumatına əsasən, çərşənbə axşamı günü Təbriz əhalisinin Azərbaycan Respublikasının Təbrizdə yerləşən konsulluğu qarşısında Bakı dövlətinin anti-İslam hərəkətlərini məhkum edən etiraz aksiyasında çıxış edən Məhəmməd İsmail Səidi Bakı dövlətinin müsəlman bir ölkədə əxlaqsızlığın tərvic etməsini pisləməklə yanaşı, Azərbaycan Respublikasının rəhbərlərinin bu ölkə müsəlmanlarının istəklərinə diqqətlə yanaşmalarını və gey-paradı ləğv etmələrini istədi.

O, bildirdi ki, tarixin şahidliyinə əsasən, İrandan ayrı düşdükdən sonra Arazın o tayının xalqının dini qeyrəti o həddə olmuşdur ki, Nəcəf alimlərinə məktub yazaraq, kommunistlərin hökuməti altından çıxmaq üçün cihad icazəsi istəmişdilər. Bu günləri həmin ölkədə ən çirkin addımlar atılır və bu ancaq təəssüf hissi yaradır.

Səidi vurğuladı: Bu günləri demokratiya, azadlıq və insan hüquqlarından dəm vuranlar, AR-da insan hüquqlarının tapdalanmasının şahidləridir və eyni halda onu himayət edirlər.

O, xatırlatdı: Azərbaycan ölkəsində insan haqlarına zidd hərəkətlər müsəlmanların, əsasən də Azərbaycan və Təbriz əhalisinin ürəyini yaralamışdır. Təbriz əhalisi bu aksiya ilə AR-dakı anti-İslam hərəkətlərə öz etirazını və nifrətini bildirir.

Təbriz, Osku, Azərşəhr əhalisinin 9-cu İslami Şura Məclisinə seçilmiş nümayəndəsi Azərbaycan Respublikasının xalq olmadan kimliyinin də olmamasını açıqlayaraq dedi: "Qarabağı azad edə biləcək qeyrətli insanlar zindanlara salınıb və insan haqlarını müdafiə təşkilatları susubdur".

Səidi, biz azərbaycanlıyıq və Azərbaycan xalqı bizim bacı-qardaşlarımızdır deyərək, Azərbaycan dövlətini dost və düşmənini tanımağa səslədi və bu gün aksiyaya toplaşanları Azərbaycan dövlətinin dostu adlandırdı.

Səidi artırdı: "Əgər siz dost axtarırsınızsa, müsəlmanların düşmənləri sizə dost ola bilməz. Əgər siz dost axtarırsınızsa , əmin olun ki, səkkiz il öz torpağından bir qarış da düşmənə verməyən İran və Azərbaycan xalqı sizin həqiqi dostunuzdur".

O, Azərbaycan dövlətindən sionistlərlə əlaqələrinə yenidən baxmasını və münafiqlərə yer vermək kimi anti-İran hərəkətlərdən əl götürməsini istəyərək dedi: "Azərbaycan Respublikası sionistlərin bazasına çevrilib və homoseksualların bu ölkədə parad keçirməsi sionistlərin planıdır və bu planlar Azərbaycan ölkəsinin məzlum xalqının malı və pulu ilə icra edilir".

Səidi vurğuladı: "Bakı dövləti sionist rejimin bu ölkəyə şübhəli səfərləri qarşısında cavabdeh olmalıdır".

Məhəmməd İsmail Səidi artırdı: "Bakı dövləti müsəlmanların qarşısında islamofob hərəkətlərinə cavab verməlidir və 90 faizi şiə olan bir ölkədə anti-İslam hərəkətləri qəbuledilməzdir".

Səidi Azərbaycanın dövlət rəsmilərinə xitab edərək dedi: "Xalqın iradəsi qarşısında dayanmaq olmaz, anti-İslam hərəkətlərinizdən əl çəkin".

Təbrizin nüfuzlu ruhanilərindən olan höccətül-islam Mahmud İsmaili də aksiyadakı çıxışında Azərbaycan Respublikasının əsas problemini bu ölkənin 20 faizdən çox torpaqlarının işğal altında olması bildiridi və Bakı dövlətindən bu ərazilərin azadlığı üçün əməli surətdə çalışmasını istədi».


Geri qayıt