Əsas Səhifə > Ölkə, Manşet > LƏNKƏRAN ƏLİYEVİN HƏBSİ XƏBƏRİ YAYILDI

LƏNKƏRAN ƏLİYEVİN HƏBSİ XƏBƏRİ YAYILDI


8-05-2012, 16:18
LƏNKƏRAN ƏLİYEVİN HƏBSİ XƏBƏRİ YAYILDI

AMMA BELƏ BİR HƏBSİN OLMASI HƏLƏLİK TƏSDİQLƏNMİR

DİA.AZ: - Elə bu dəqiqələrdə hərbi qaynaqlardan aldığımız məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələri Akademiyasının qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyev həbs olunub. Onu da bildirək ki, bu barədə məlumatı alar-almaz bir neçə instansiya ilə əlaqə saxlasaq da, xəbəri dəqiqləşdirmə imkanlarımız olmadı.

Lakin bir başqa mənbə DİA.AZ-a Lənkəran Əliyevin həbs edilmədiyini, amma belə bir niyyətin olduğunu da bildirdi: «Artıq bununla bağlı müvafiq hüquqi addımların görülməsinə start verilib. Sadəcə olaraq, bir generalın həbsinin hansı ajiotajı yarada biləcəyi nəzərə alındığından bir qədər ehtiyatlı davranma yolu seçilib».

Onu da bildirək ki, bu arada həmçinin Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Tərbiyə İşləri İdarəsinin rəisi, polkovnik Vaqif Məmmədov general Lənkəran Əliyevə qarşı çox ağır ittihamlar səsləndirib.

Məlumatlarda həmçinin bildirilir ki, Lənkəran Əliyevin TTM-in rəisi olarkən fəaliyyətinin yoxlanması zamanı ciddi qanun pozuntuları aşkarlanıb, buna görə də onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.


Geri qayıt