Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “TEXNİKABANK”DA İFLAS DALINCA İFLAS

“TEXNİKABANK”DA İFLAS DALINCA İFLAS


8-05-2012, 16:00
“TEXNİKABANK”DA İFLAS DALINCA İFLAS

ETİBAR ƏLİYEVİN HƏBSİ “ALFA” SIĞORTANI ÇÖKDÜRÜR

Texnikabank ASC-nin baş dərddə. Bankın rəhbəri Etibar Əliyevin həbsindən sonra onun törəmə şirkətlərinin də retabellik qabiliyyəti xeyli zəifldəyib. GUNDEMİNFO.AZ – a daxil olan məlumatlara görə, bankın törəmə müəssisəsi olan Alfa Sığorta Açıq Səhmdar Cəmiyyəti 1997 ci ilin 28 avqustunda Murad Sığorta Şirkəti olaraq yaranıbmış.

Murad ismi isə Etibar Əliyevin oğlunun olduğu bildirilir. Bir müddət sonra, konkretləşdirsək, 2005 ci ilin 3 iyun tarixindən etibarən Murad Sığorta Alfa Sığorta adlanmağa başlayıb. 2006 ci ilin Dekabr ayının 12-də şirkətin 100 faiz payına sahib olan əvvəlki səhmdarı Hüseynov Yaqub Valeh oğlu açıqlanmayan səbəblərdən 1,5 milyon manatlıq payını Texnikabankın sabiq rəhbəri Etibar Əliyevə verib.

Maraqlıdır ki, bir müddət öncə bankın rəhbərinin həbs edilməsindən sonra Alfa Sığortanın yığımları da kəskin şəkildə azalıb. Bundan sonra isə şirkətdə səhmdar olanların da payını geri çəkməklə bağlı olaraq qərar veriblər.

Aldığımız məlumatlara əsasən son 3 ay ərzində bankın səhmdarlarının geri çəkilməsi və aktivlərini passiv olaraq dövriyyədən çıxarmaq cəhdləri işçilərin əmək haqlarının yubadılmasına da səbəb olub.

Bu barədə saytımızı bilgiləndirən mənbə iddia edir ki, 2010-cu ilin 2-ci yarısında Alfa Sığortanın Şirvan, Xaçmaz, Gəncə, Şəki və Lənkəranda yaradılmış 5 regional nümayəndəliyinin 3-də artıq iflas göstəriciləri qeydə alınıb. Məhz işçilərin sığorta yığımlarnda kəskin azalma səbəbindən əmək haqlarını ala bilmədikləri söylənilir.

Bir məqamı da qeyd edək ki, bu ilin yanvar ayından etibarən Azərbaycanda avtomobillərin icbari sığortasının tətbiqinə başlansa da, Alfa Sığorta bu prossesə yaxın buraxılmayıb. Hansı ki, rəsmi məlumatlarda nizamnamə kapitalı № milyon manatı ötməyən sığorta şirkətləri belə bu prossesə cəlb edilib.

Texnikabankdan verilən rəsmi məlumatlara görə isə Alfa Sığortanın məcmu kapitalı 2 443 000 manata bərabərdir.

Geri qayıt