Əsas Səhifə > Cəmiyyət > BAŞ REDAKTOR HƏDƏFDƏ

BAŞ REDAKTOR HƏDƏFDƏ


8-05-2012, 13:37
BAŞ REDAKTOR HƏDƏFDƏ

VASİF TURANIN AİLƏ ÜZVLƏRİNƏ KİM TƏZYİQ EDİR?

Xəbər verildiyi kimi, ötən ilin oktyabrında Qobu qəsəbəsində yerləşən evinin yanması nəticəsində iki uşağını itirmiş Bolgexeber.com saytının rəhbəri Vasif Turan məlum hadisə ilə əlaqədar dövlət başçısına müraciət ünvanlamışdı. Həmin müraciətdən sonra işi icraata götürən Baş Prokurorluğun yanında Ağır Cinayətlərə Dair İstintaq İdarəsi artıq ilkin araşdırmalara başlayıb.

Dünən isə baş verənlərin əsas komponentlərindən biri ilə bağlı qəribə hadisə baş verib. Belə ki, Vasif Turanın qaynanası Gülxanım Umudova yanğın hadisəsi ilə bağlı Abşeron rayon Polis Şöbəsinə edilən müraciətlə əlaqədar, zərərçəkən şöbəyə dəvət olunub.

Bu barədə məlumat verən Vasif Turan bildirib ki, qaynanası 07.05.2012-ci il tarixdə dindirmə zamanı Umudova Gülxanım Abşeron polisində təzyiqlərə məruz qalıb. «Şöbənin rəisi Namik müəllim, sanki (FHN)-naziri Kəmaləddin Heydərovun vəkiliymiş kimi, K.Heydərovun adının müraciətlərdən götürülməsini G.Umudovadan tələb etmişdir. Bildirək ki, FHN rəhbəri Kəmaləddin Heydərovun adını hallandıran, barəsində şikayətçi olduğumuz Kərpic zavod rəhbəri olan Rəsul adlı şəxs olub. Bizim Kəmaləddin müəllimlə heç bir problemimiz yoxdur və ona qarşı hər hansı bir iddiamız da mövcud deyil».

Vasif Turan deyib ki, Abşeron polisinin və Rauf adlı əməkdaşı «Nə istəyirsiniz???!!! Ev qısa qapanmadan yanıb!!! Gedin müraciətlərinizi yığışdırın» deyə, təzyiq göstərib. «Sual edirəm ki, şöbə rəisinin və əməkdaşının,Baş Prokurorluqda araşdırılmaqda olan, hələ də tamamlanmayan cinayət işində araşdırılan yanğın hadisəsini qısa qapanmadan baş verməsi barədə qərar vermələri, nə dərəcədə qanuna uyğundur??? Abşeron rayon müvafiq dövlət orqanlarında müraciətlərimizin qeyri obyektiv araşdırılması kimlərinsə təsiri altında, fikrimizcə sifarişlidir».

Vasif Turan dövlət başçısına ünvanladığı növbəti müraciətində vurğulayır ki, baş verənləri nəzərə alaraq təzyiqlərə son qyulmasını tələb edir. «Mənzil şəraitimin yaxşılaşdırılması ilə əlaqədar müraciətimizin həlli araşdırılmasının Abşeron rayonundan başqa rayonlardan birinə həvalə edilməsinə, müraciətlərimizin araşdırılmasında neqativ hallara yol verən vəzifəli şəxslərin hərəkətlərinin və ya hərəkətsizliklərinin araşdırılmasına dair müvafiq göstəriş verməyinizi və müraciətlərimizi nəzarətinizə götürməyinizi Sizlərdən xahiş edirik».


Geri qayıt