Əsas Səhifə > Ölkə > MƏHKƏMƏDƏN DAHA BİR ÖZBAŞINALIQ

MƏHKƏMƏDƏN DAHA BİR ÖZBAŞINALIQ


8-05-2012, 12:49
MƏHKƏMƏDƏN DAHA BİR ÖZBAŞINALIQ

OQTAY GÜLALIYEVİN HÜQUQULARI RƏSMƏN POZULDU

Həbsdə olan “Kür” Vətəndaş Qərargahı Cəmiyyətinin koordinatoru Oqtay Gülalyevin vəkilləri yalnız mayın 7-də biliblər ki, aprelin 25-də Ağarza Səmədovun sədrliyi ilə Sabirabad Rayon Məhkəməsi yerli daxili işlər şöbəsinə 2012-ci il yanvarın 1-dən aprelin 22-dək O.Gülalıyevin mobil telefonundan edilən zənglərin açıqlanmasına icazə verilməsi barədə qərar çıxarıb.

Məhkəmə həmçinin O.Gülalıyevin aldığı və göndərdiyi SMS-lərin mətnlərinin verilməsi barədə qərar çıxarıb.

Vəkil Yalçın İmanov Turan-a bildirib ki, məhkəmə bu qərarla vətəndaşın şəxsi həyatına müdaxilə etməməklə bağlı beynəlxalq normaları pozub. O, digər mühüm pozuntunu – məhkəmənin vəkilləri dəvət etmədən qapalı keçirildiyini qeyd edib. Bundan əlavə, məhkəmə iclasda bu məlumatı gizlədib ki, bu da qanunla müəyyən olunmuş vaxtda Sabirabad məhkəməsinin qanunsuz hərəkətlərindən apellyasiya şikayətinin verilməsinə imkan verməyib.

O.Gülalıyevin barəsində CM-in 220.2-ci (hakimiyyət nümayəndəsinin tələblərinə fəal şəkildə müqavimət göstərmə və kütləvi iğtişaşlara, vətəndaşlara qarşı zorakılığa çağırış) maddəsi ilə cinayət işi açılıb. Maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Vəkilin sözlərinə görə, O.Gülalıyev vətəndaş hüquqlarının pozulmasına etiraz olaraq Sabirabad polisinə və məhkəmə orqanlarına ifadə verməkdən imtina edib. Sabirabad polisinin təcridxanasında saxlanılarkən o, polis rəisinin müavini Rauf Məcidov tərəfindən döyülüb.

O 2010-cu ilin mayından “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatorudur. Daşqınlardan əziyyət çəkmiş insanlara büdcədən ayrılan vəsaitin ədalətli şəkildə bölüşdürülməsinə ictimai nəzarətin təmin edilməsi, bu sahədə mövcud olan problemlərin, korrupsiya hallarını aşkara çıxarılması istiqamətində fəaliyyət göstərib.

“Kür” Vətəndaş Cəmiyyəti Oqtay Gülalıyevin həbsini siyasi motivli sayır və daşqından zərər çəkən insanlara yardımın paylanması prosesində vətəndaş cəmiyyətinin iştirakına yol verməməyə, bununla da şəffaflığı pozmağa çalışan hakimiyyətin əməllərini pisləyir.

Geri qayıt