Əsas Səhifə > Gündəm, Manşet > FARSLAR TƏBRİZİ QARIŞDIRMAQ İSTƏYİR

FARSLAR TƏBRİZİ QARIŞDIRMAQ İSTƏYİR


8-05-2012, 12:39
FARSLAR TƏBRİZİ QARIŞDIRMAQ İSTƏYİR

QƏDİM ŞƏHƏRİMİZDƏ AZƏRBAYCANA QARŞI AKSİYA TƏXRİBATI

DİA.AZ: - Məlum olduğu kimi, bu gün qədi türk şəhəri Təbrizdə fars agenturası Azərbaycan əleyhinə aksiya planlaşdırır. Bununla bağlı molla mətbuatı yenə də təxribat xarakterli məlumatlar yaymaqdadır. Və son olaraq yaydıqları xəbərdə belə vurğulanır ki, guya Azərbaycanın Təbrizdəki baş konsulu əl-ayağa düşərək molla fitnəsindən ehtiyatlanıb. DİA.AZ olaraq həmin materialı diqqətinizə çatdırırıq:

«Təbriz əhalisinin çərşənbə axşamı günü Bakıda Qey-Paradın keçirilməsi tədarükünə etiraz olaraq, Azərbaycan Respublikasının Təbriz şəhərindəki konsulluğu qarşısında aksiya keçirmək istədiyini bildirməsinin ardınca, Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Təbrizin imam cüməsi Ayətullah Müctəhid Şəbistəri ilə görüşərək, Ayətullah Şəbistəridən Təbriz əhalisinin Azərbaycan Respublikasının konsulluğu qarşısında etiraz aksiyası keçirməsinin qarşısını almasını istəyib.

Azərbaycan Respublikasının Təbriz şəhərindəki baş konsulu Ayətullah Müctəhid Şəbistəri ilə görüşdə deyib: "Sabah Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Tehrana səfər edərək, özünün iranlı həmkarı ilə görüşüb, danışıqlar aparacaqdır. Bu görüşdə iki ölkə arasındakı əlaqələrin genişləndirilməsi habelə yaranmış yanlış düşüncələrin həll edilməsi üzrə məsələlər araşdırılacaqdır".

Azərbaycan Respublikasının baş konsulu Təbrizdə Azərbaycan Respublikası konsulluğu qarşısında əhalinin aksiya keçirmək istəyi haqda yayılmış xəbərlərə işarə edərək, deyib:" Avroviziya Müsabiqəsinin keçirilməsi, Azərbaycan Respublikası nümayəndələrinin keçən ilki müsabiqələrdə qalib gəlməsinin nəticəsi idi və bu müsabiqə zamanı qeylərin parad keçirməsi üçün də hər hansı bir proqram nəzərdə tutulmayıb".

Əli Əlizadə Ayətullah Müctəhid Şəbistərinin İranın Şərqi Azərbaycan Ostanı əhalisi tərəfindən sevildiyinə işarə edərək, deyib:" Bizim sizdən acizcəsinə istəyimiz budur ki, göstəriş verəsiniz ki, bu haqda heç bir aksiya və piket keçirilməsin".

Ayətullah Müctəhid Şəbistəri bu görüşdə iki ölkə arasında mövcud olan dini, tarixi və mədəni ortaqlıqlara işarə edərək, deyib: " Bizim hamımızın müsəlman olmağımızı nəzərə alaraq, ölkəmizdə və ya qonşu ölkələrdə İslam göstərişlərinə qarşı hər hansı bir hərəkətin həyata keçirildiyi zaman, öz etirazımızı bildirmək bir müsəlman olaraq şəri borcumuzdur. Homoseksualizm məsələsi isə müqəddəs İslam dinində ən çirkin əməldir".

Vəliyyi-Fəqihin İranın Şərqi Azərbaycan Ostanındakı nümayəndəsi sonra deyib: "Bu əməl Azərbaycan Respublikasında yox, hər hansı bir başqa İslam ölkəsində baş versə idi, biz yenə də kəskin şəkildə onu pisləyərdik. Homoseksualların bir müsəlman ölkəsində parad keçirilməsi ona rəvac verilməsi mənasındadır. Bu hərəkət isə İslam dininin əsas göstərişləri ilə ziddiyyətdədir".

Ayətullah Müctəhid Şəbistəri daha sonra deyib: " Təbrizin dindar əhalisi Azərbaycan Respublikasında belə bir proqrama tədarükün görüldüyünü müşahidə etdikdə, təəssüfləndiklərini bildirdilər və aksiya keçirmək istəyi ilə müraciət etdilər. Mən öncə müxalifət etdim və cümə namazı xütbələrində bir xəbərdarlıqla kifayətləndim. Elan etdik ki, əgər bu xəbərdarlığa diqqət edilməzsə, aksiya və piketlərin keçirilməsi ilə razılaşacağıq. Təəssüflər olsun ki, qeyd edilən xəbərdarlıqdan sonra Bakı Dövlətinin Avroviziya müsabiqəsini keçirmək üzrə hazırlığı haqda mötəbər xəbərlər yayıldı və biz şəri vəzifəmizə əsasən xalqın istəyi ilə razılaşdıq və indi də əgər Azərbaycan Respublikası dövləti bu gün axşama qədər rəsmi bir bəyanatla Qey-Paradın keçirilməyəcəyini təsdiq edərsə, biz xalqdan istəyəcəyik ki, aksiya və piket keçirməsinlər".

Ayətullah Müctəhid Şəbistəri sonda Qarabağ Münaqişəsinə habelə Şuşanın işğal edilməsinin ildönümünə işarə edərək, bu məntəqələrin işğalının davam etməsi haqda təəssüfləndiyini bildirərək, deyib: "Biz həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü himayə etmişik və ermənilərin işğalçılığını da pisləyirik. Bizim Azərbaycan Respublikası Dövlətindən istəyimiz budur ki, bu kimi məsələlərlə məşğul olmaq yerinə işğal edilmiş məntəqələrin fikrində olsun"».


Geri qayıt