Əsas Səhifə > Partiya > MÜXALİFƏT MEYDAN SULAYIR

MÜXALİFƏT MEYDAN SULAYIR


8-05-2012, 11:56
MÜXALİFƏT MEYDAN SULAYIR

“AVROVİZİYA” ƏRƏFƏSİNDƏ SİYASİ MÜSTƏVİ QAYNAYACAQ

“Hakimiyyət siyasi islahatlara hazır deyil. Odur ki, İctimai Palatanın piket və mitinq taktikasını dəstəkləməkdən başqa çıxış yolu qalmır”, - AXCP Ali Məclisinin sədri Həsən Kərimov “Obyektiv TV”yə (obyektiv.tv) müsahibəsində bildirib.

İP rəhbərliyi “Yol xəritəsi”ni dövlət başçısının administrasiyasına təqdim edib. Orada vətəndaş cəmiyyəti ilə dialoqun bütün bəndləri qeyd olunub, siyasi və iqtisadi tələblər əksini tapıb. Lakin hakimiyyət bu təklifləri yolverilməz təşəbbüsü hesab edir və onlara məhəl qoymur. Belə olan halda qoy, özləri islahatlar həyata keçirsinlər, lakin bunu da etmirlər.

Neftdən gələn dolların hesabına iqtisadi inkişaf perspektivsizdir, çünki bu, ictimai rifahın imitasiyasından başqa bir şey deyil”, - H.Kərimov vurğulayıb.

Mayın 7-də paytaxt meriyasının qarşısında keçirilən mitinq bir sıra problemlərin həllinin vacibliyini göstərdi. İP mülkiyyət hüquqlarına hörmətlə yanaşılmasını, vicdan məhbuslarının azad edilməsini, söz və toplaşma azadlığının təmin olunmasını, iqtisadi islahatların aparılmasını tələb edir.

Hakimiyyət bu tələblərin cavabında susur. Polis piketdə özünü təmkinli aparıb ki, bu da telekanallar da daxil olmaqla, çoxsaylı xarici jurnalistlərin olması ilə izah olunur.

Piketçilər hüquq-mühafizə orqanlarının bu cür davranışından təəccübləniblər. Çünki aprelin 8-də və 22-də hakimiyyətlə razılaşdırılmış mitinqlərdə belə polis kordonları olub, onlar üst geyimlərini, qadınların çantalarını yoxlayıblar, valideynləri azyaşlı uşaqlarla birlikdə buraxmayıblar, hətta avtobus və taksilərin aksiyanın keçirildiyi yerin yarım kilometrliyində dayanmasını qadağan ediblər.

Odur ki, Eurovision müsabiqəsi müəyyən dərəcədə hakimiyyətin etirazçılara təzyiqini yumşaldır”, - H.Kərimov qeyd edib.

Avropa musiqi müsabiqəsi ərəfəsində narazılıq aksiyası genişlənir. Belə ki, Sumqayıt sakinləri mayın 11-də piket, mayın 13-də mitinq keçirmək qərarına gəliblər. Mayın 13-nə İP-nin mitinqi təyin olunub.

Paytaxt meriyasına müvafiq rayonların birində yer ayrılması ilə bağlı sorğu göndərilib.

Xarici jurnalistlərin gəlişi paytaxtın siyasi həyatını canlandırıb. Əvvəlki etiraz aksiyaları zamanı bir çox xarici jurnalist olub. Bir neçə telekanal müsahibə üçün AXCP rəhbərliyinə müraciət edib. Eurovision ərəfəsində minlərlə gənc üzərində söz və toplaşma azadlığını tələb edən yazılar olan köynəkləri geyinərək şəhərdə dolaşacaq. Müxalif əhval ruhiyyəli yüzlərlə adam musiqi müsabiqəsinə bilet alıb. Konsert zamanı onlar vicdan məhbuslarının azad olunmasını tələb edəcəklər. Verilişlərin dünyanın onlarla ölkəsinə birbaşa yayımlanması ədalətli etirazın effektini artıracaq”, - H.Kərimov bildirib


Geri qayıt