Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.media/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/dia-az.media/engine/modules/sitelogin.php on line 108 Çap versiya > YAP FUNKSİONERİNDƏN AĞIR İTTİHAM
Əsas Səhifə > Partiya > YAP FUNKSİONERİNDƏN AĞIR İTTİHAM

YAP FUNKSİONERİNDƏN AĞIR İTTİHAM


7-05-2012, 17:28
YAP FUNKSİONERİNDƏN AĞIR İTTİHAM

“İCTİMAİ PALATA DÜŞMƏNLƏRƏ XİDMƏT EDİR”

İctimai Palata adlanan qrumun bir məqəsdi var, o da Azərbaycanda qarışıqlıq salmaq və qarşıdurma yaratmaqdır. Bunu SalamNews-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı İctimai Palatanın bu gün Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirdiyi razılaşdırılmamaış etiraz aksiyasına münasibət bildirərkən deyib.

O bildirib ki, İctimai Palata qarşıdurma yaratmaqla Azərbaycanın düşmənlərinə xidmət göstərir: " İctimai Palata və orada toplaşanlar milli maraqlardan uzaq olan, Azərbaycan xalqının, dövlətinin ziyanına çalışan və xaricdən istiqamətləndirilən qruplardır. İctimai Palatanın keçirmək istədiyi piket deyil, qarşıdurma yaratmaqdır. İctimai Palata bununla “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq istəyir. Amma onlar buna nail ola bilməyəcəklər. Azərbaycan xalqı, o cümlədən biz bu cür təxribatların qarşısını daim qətiyyətlə alacaq”.

Geri qayıt