Əsas Səhifə > Ölkə > MİSİR MƏRDANOVUN AYIBLARI BİR-BİR ÜZƏ ÇIXIR

MİSİR MƏRDANOVUN AYIBLARI BİR-BİR ÜZƏ ÇIXIR


13-10-2011, 13:57
MİSİR MƏRDANOVUN AYIBLARI BİR-BİR ÜZƏ ÇIXIR

92 MÜƏLLİMİN DİPLOMU SAXTA ÇIXDI

Azərbaycanın ümumtəhsil müəssisələrində çalışan müəllimlərin diplomlarının yoxlanılması istiqamətində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 24 rayon üzrə araşdırmalar başa çatıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin rayonların ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92-nin diplomu saxtadır.
Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalanı isə digər 20 rayonda aşkar edilib. Məsələnin araşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət olunub.

Qeyd edək ki, saxta diplomların aşkarlanması məqsədilə Təhsil Nazirliyi tərəfindən daha 25 rayonun ümumtəhsil müəssisələrində araşdırmalara başlanılıb.


Geri qayıt