Əsas Səhifə > Hadisə > 18 NƏFƏR ZƏLZƏLƏ QURBANI XƏSTƏXANADA

18 NƏFƏR ZƏLZƏLƏ QURBANI XƏSTƏXANADA


7-05-2012, 15:49
18 NƏFƏR ZƏLZƏLƏ QURBANI XƏSTƏXANADA

KƏMALƏDDİN HEYDƏROV İSƏ “HEÇ NƏ YOXDUR” DEYİR

Zaqatala rayonu ərazisində bu gün qeydə alınmış üç yeraltı təkan nəticəsində 33 ev tamamilə dağılıb, 18 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə SalamNews-a Zaqatala Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

Bildirilib ki, daha 200-ə yaxın ev qismən zədələnib, onlardan 40-ı inzibati obyektlərdir. Hazırda rayonun Fövqəladə Hallar üzrə Komisiyası zəlzələ nəticəsində xəsarət alanların siyahısını hazırlayır.

Xatırladaq ki, 7 bal gücündə ilk yeraltı təkan saat 9:40-da, ikinci 4,8 bal gücündə təkan saat 10:38, son təkan isə saat 10:40-da və 4,4 bal gücündə baş verib.


Geri qayıt