Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > BƏLƏDİYYƏ TORPAQLARINI KİM SATIŞA ÇIXARIB?

BƏLƏDİYYƏ TORPAQLARINI KİM SATIŞA ÇIXARIB?


7-05-2012, 15:42
BƏLƏDİYYƏ TORPAQLARINI KİM SATIŞA ÇIXARIB?

«SƏBAYEL BƏLƏDİYYƏSİ SİMVOLİK QURUMDUR»

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdi ki, Səbayel rayon bələdiyyəsində yenidən rüşvtxorluq halları artan xətt üzrə inkişaf etməkdədir. Hətta əvvəlki bələdiyyə üzvlərinin korrupsiya faktı ilə həbs edilməsi də yenilərin ayaq saxlamasına səbəb olmayıb. Belə ki, redaksiyamıza müraciət edən vətəndaşlardan biri Səbayel ərazisində Şıxov çimərliyinə yaxın bir yerdə torpaq sahəsi ala bilməsi üçün dəfələrlə bələdiyyəyə müraciət etməsinə baxmayaraq, ona eyni rədd cavabının verildiyini idda edib.

Şikaytəçi bildirir: «Mənə rədd cavabı verilə-verilə sonradan öyrəndim ki, başqalarına torpaq sahələri satılıb. Halbuki mənə deyirdilər ki, hazırda müvafiq torpaq sahəsi yoxdur. Mən də onlarla başqa dildə - özlərinin anlayacağı dildə danışdım və bazarlıq etdim. Və məlum oldu ki, istədiyim ərazidə mənə torpaq sahəsi təklif edə bilərlər, amma bir sotu 20 min manata».

Özünün müharibə veteranı olduğunu bildirən şikaytəçimiz onu da bildirdi ki, onda bu qədər pul yoxdur: «Deməli, əslində rədd cavabını verərkən onlar yalan söyləyiblər. Satlıq torpaq var, amma ala bilmən üçün gərək pulun ola».

Artıq bununla bağlı korrupsiyanı araşdıran müvafiq qurumlara müraciət etməyə hazırlaşdığını bildirən sakin onu da vurğuladı ki, Əhməd Hüseynovun aqibəti indiki bələdiyyə üzvlərinə və rəhbərliyinə heç də dərs olmayıb: «Görünür, onlar heç nədən ehtiyat etmirlər və seyid cəddinə arxayın olduğu kimi, onlar da cəzasız qalacaqlarına inanırlar».

Məlum olduğu kimi, Bakının mərkəzi hesab olunan Səbayel rayonunun bələdiyyəsinə bir zamanlar rəhbərlik etmiş Əhməd Hüseynov və bələdiyyənin iki üzvü bir neçə il əvvəl korrupsiya ittihamı ilə həbs olunaraq mühakimə olundular. Amma deyəsən, özlərindən əvvəlkilərin belə bir aqibəti yaşamasına baxmayaraq, sözügedən rayonunun indiki bələdiyyə üzvləri də eyni yanlışları buraxmaqla məşğuldurlar.

DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, əslində yeni bələdiyyənin nümayəndələri Şıxov çimərliyi istiqaməindəki torpaqların üzərində qurulan alverdən xəbərsizdirlər. Onlar sadəcə olaraq məmurlardan birinin dəftərxanasıkimi çıxış edirlər və həmin torpaq sahələri Nazirlər Kabinetində oturan məmurlardan birinin əli ilə satışa çıxarılır.

Bu barədə məlumatı verən NK-dakı məlumatlı mənbə idda edir ki, bu işdə bələdiyyənin günahkar bilinməsi haqsızlıq olar: «Onların heç biri imtiyazları qalmayıb. Ola bilsin ki, kimsə torpaq alarkən onlara şirinlik kimi 2-3 min pul versin. Amma əsas summa NK-dakı şəxsə çatır və bələdiyyə üzvləri də məhz həmin şəxs tərəfindən idarə olunur».

Mövzu diqqətimizdədir. Bizi izləyin…

Geri qayıt