Əsas Səhifə > Gündəm, Manşet > KAMİL HƏSƏNOV «RONAHİ»DƏN GEDİR

KAMİL HƏSƏNOV «RONAHİ»DƏN GEDİR


13-10-2011, 13:54
KAMİL HƏSƏNOV «RONAHİ»DƏN GEDİR

ONUN TƏŞKİLATINA PKK SEVDALISI TAHİR SÜLEYMAN RƏHBƏRLİK EDƏCƏK

DİA.AZ: - Azərbaycanda hələ sovet dövründən fəaliyyət göstərməkdə olan «Ronahi» Kürd Mədəniyyət Mərkəzində rəhbər dəyişikliyi ola bilər. Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) quruma yaxın şəxslər məlumat veriblər.

Bildirək ki, keəmiş SSRİ Mədəniyyət Nazirliyinin daxili qərarı ilə hələ 1983-cü ildə azərbaycan ərazisində ilk dəfə olaraq Naxçıvanda yaradılan «Ronahi» Kürd Mədəniyyət Mərkəzi əslində adına uyğun olmayaraq daha çox separatçı fəaliyyəti ilə tanınıb. Məlumatlara görə, Mədəniyyət Mərkəzinin qurucularından biri hazırki fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərovdur.

Lakin hazırda mərkəzə Kamil Həsənov rəhbərlik edir. Məlumatlı mənbə bildirir ki, son zamanlar ciddi şəkildə xəstəlik keçirən və kifayət qədər yaşlaşan Kamil Həsənov «Ronahi»nin sükanını başqa bir separatçıya - özünün PKK yanlı bir media orqanı olduğunu gizlətməyən «Diplomat» qəzetinin baş redaktoru Tahir Süleymana ötürmək niyyətindədir.

Məlumatlı mənbə bildirir ki, artıq bu vərəsəliyin həyata keçirilməsi üçün yaxın günlərdə «Ronahi»nin konfransının keçirilməsi də planlaşdırılır.

Tahir Süleymana gəlincə isə onun Azərbaycanda bir türk düşməni kimi ad çıxardıbı məlumdur. Bu günlərdə mətbuatda yayılan məlumatlarda isə bildirilirdi ki, Tahir Süleyman Azərbaycan-Gürcüstan sərhəddi ərazisində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən məhz separatçılıq fəaliyyətinə görə saxlanılıb. Lakin sonradan işə Prezident administrasiyasından edilən bir zəngin müdaxiləsi ilə separatçı baş redaktor təkrar olaraq azadlığa buraxılıb. Halbuki Tahir Süleymanın qolları qandallı halda Bakıya gətirilməsi üçün artıq Qırmızı körpü sərhəd keçid məntəqəsinə konvoyların da yola düşdüyü bildirilir.

Yəni belə bir himayə altında olan bir şəxsin «Ronahi»yə rəhbər gətirilməsi əslində, növbəti separatçılıq dalğasına tədarük kimi də qiymətləndirilə bilər. Çünki davamlı olaraq Şimali İraqa səfərlər edən Tahir Süleymanın sözügedən bölgədəki kürd terrorçuları ilə geniş əlaqələri də inkarolunmaz faktdır. Bu yaxınlarda isə Tahir Süleyman aldatdığı gənclərdən birini Azərbaycanda yaşayan kürd gənclərin nümayəndəsi olaraq mətbuat qarşısına çıxardı. Həmin gənc isə absurd bir ittiham irəli sürərək bildirdi ki, guya Azərbaycanda kürd gənclərinin haqqları tapdanır. Və bu iddia ilə o, hətta ölkə prezidenti İlham Əiyevə də müraciət etdi.

Yəni bu gün belə bir simanın «Ronahi»yə gəlişi əslində növbəti təhlükələrin anonsu olaraq da qəbul edilməlidir.


Geri qayıt