Əsas Səhifə > Şou-biznes > “MAŞALLAH OLSUN, İŞLƏRİMİZ ÇOX YAXŞI GEDİR”

“MAŞALLAH OLSUN, İŞLƏRİMİZ ÇOX YAXŞI GEDİR”


7-05-2012, 15:09
“MAŞALLAH OLSUN, İŞLƏRİMİZ ÇOX YAXŞI GEDİR”

AYGÜN KAZIMOVA İSTANBULDAN DANIŞDI

Azərbaycanın xalq artisti Ajda Pekkanın kliplərini çəkən rejissorun kamerası qarşısına keçib.

Milli.Az-ın əməkdaşının suallarını İstanbuldan telefonla cavablandıran Azərbaycanın xalq artisti Aygün Kazımova Türkiyədə gördüyü işlərdən danışdı:

“Maşallah olsun, işlərimiz çox yaxşı gedir. Komanda olaraq hətta gecələr də çalışmaqdan yorulmuruq. Səs-sorağı Bakıya qədər çatan “İkinci sen” mahnım hazır olsa da, məsləhətləşmələrdən sonra qərara alındı ki, bəstənin müəllifi Sinan Akçıl da öz səsi ilə ifama rəng qatsın. Sinan həm çox istedadlıdır, həm də böyük ürəyə sahibdir. Demək olar ki, yaradıcı əməkdaşlığımız dostluq bağları ilə də möhkəmlənir. Klip çəkilişlərinə gəldikdə isə ötən gün İstanbulun ən dəbli stilisti Melis xanımın ideyaları əsasında imicimdə bəzi dəyişikliklər edildi. Və çox fərqli fotosessiyam gerçəkləşdi. Klipin rejissorunun kimliyini bilənlər olsa da, təkrar edirəm ki, Ajda Pekkanın mahnılarına ekran həyatı verən tanınmış rejissor Murat Küçük və onun peşəkar komandası ilə çalışıram. Çəkilişlər, demək olar ki, başlayıb. İnşallah, bu barədə vətənə qayıtdıqda məlumat verəcəyəm”.

A.Kazımova işlərinin gedişatı barədə qardaş ölkənin media mənsublarını da məlumatlandıracaq. Müğənninin sözlərinə görə, mətbuat konfransında Sinan Akçıl da iştirak edəcək.


Geri qayıt