Əsas Səhifə > Cəmiyyət > BƏXTİYAR HACIYEVİN ŞİKAYƏTİNƏ BAXILIR
BƏXTİYAR HACIYEVİN ŞİKAYƏTİNƏ BAXILIR7-05-2012, 13:34 |
HARVARD MƏZUNU YENİ MÜHAKİMƏDƏ Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması qərarından imtina ilə bağlı verdiyi apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Vəkil İntiqam Əliyevin APA-ya verdiyi xəbərə görə, prosesdə məhkəmə baxışı mayın 21-nə təyin edilib. Qeyd edək ki, B. Hacıyev cəzasının ikidə bir hissəsini çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. Məhkəmə isə müraciəti təmin etməyib. Geri qayıt |