Əsas Səhifə > Ölkə > «AVROVİZİYA» POLİSİN ƏL-QOLUNU BAĞLAYIB

«AVROVİZİYA» POLİSİN ƏL-QOLUNU BAĞLAYIB


7-05-2012, 12:29
«AVROVİZİYA» POLİSİN ƏL-QOLUNU BAĞLAYIB

ETİRAZÇILARI YALNIZ İTƏLƏMƏKLƏ DURDURURLAR

Məlum olduğu kimi, bu gün Bakı meriyasının qarşısında müxalifət icazəsiz etiraz aksiyası keçirir. Hadisə yerində olan əməkdaşımız bildirir ki, olduqca böyük saya malik olan polis qüvvələri etirazçıları itələyə-itələyə ərazidən uzaqlaşdırırlar.

DİA.AZ əməkdaşı bildirir ki, olduqca aqressiv olan kütlə polisin «Avroviziya» ayında ehtiyatlı davranışlarından daha da qəzəblənərək toqquşmalardan çəkinmir.

Lakin polis əməkdaşları əvvəlki aksiyalardan fərqli olaraq nisbətən yumşaq davranırlar. Hər halda, əvvəlki aqressiya yoxdur. Və bu da «Avroviziya» ilə əlaqələndirilir.

Müxbirimiz bildirir ki, artıq aksiya başa çatıb.


Geri qayıt