Əsas Səhifə > Cəmiyyət > TƏRTƏRDƏ ŞUŞA AKSİYASI

TƏRTƏRDƏ ŞUŞA AKSİYASI


7-05-2012, 12:16
TƏRTƏRDƏ ŞUŞA AKSİYASI

QARABAĞ İCMASI VƏ JURNALISTLƏR AKSİYA KEÇİRİB

Dünən Tərtərin Borsulu kəndində Şuşa qaçqınları ilə görüş keçirilib. Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə Parlament Jurnalistləri Birliyinin birgə təşkil etdiyi tədbirdə Şuşa və Tərtər rayonu İcra hakimiyyətlərinin nümayəndələri, Şuşa rayon Polis alayının zabitləri, Tərtərdə məskunlaşan şuşalılar və Şuşa məktəbinin şagirdləri iştirak ediblər. Milli Məclisin 122 saylı Xankəndi seçki dairəsi üzrə deputatı Flora Qasımova da tədbirə qatılaraq öz dəstəyini nümayiş etdirib.
Tədbirdə səsləndirilən fikirlərin əsasında bir çağırış dururdu: gözləməyək, biz gedib Qarabağı alaq!.
Görüşdə məktəblilər də öz növbəsində bədi - ədəbi kompozisiyalarla çıxış edərək Şuşaya həsr olunmuş şeirlər deyiblər.

Geri qayıt