Əsas Səhifə > Sosial, Manşet > AZƏRBAYCANDA İSRAİL ƏRZAĞI TƏHLÜKƏSİ

AZƏRBAYCANDA İSRAİL ƏRZAĞI TƏHLÜKƏSİ


7-05-2012, 12:07
AZƏRBAYCANDA İSRAİL ƏRZAĞI TƏHLÜKƏSİ

İRAN PORTALI: «YƏHUDİ ƏRZAĞI KİŞİLƏRDƏ SONSUZLUQ YARADIR»

DİA.AZ: - Azərbaycanın İsraildən idxal etdiyi ərzaq məhsullarının insan sğlamlığı üçün təhlükə yaratması haqda ilk dəfə deyil ki, ortaya iddialar qoyulur və bildirək ki, bu kimi xəbərlər daha çox iranmeyilli portallar tərəfindən işıqlandırılır. Elə təsadüfi deyil ki, sözügedən mövzuya yenidən iranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan xəbər qaynaqları tərəfindən müraciət olunub.

Bu qəbildən olan «AranNews» yaydığı məlumatı diqqətinizə çatdırırıq: «Adının açıqlanmasını istəməyən azərbaycanlı həkimlərdən biri müxbirimizlə müsahibəsində deyib: "Son vaxtlar dövlət İsraildən yağ, düyü, şəkər və çay kimi bir sıra qida maddələri idxal edir. Bu qida maddələrinin dünya bazarındakı qiymətindən çox ucuz olması, Səhiyyə Nazirliyində işləyən bir çox həkimləri təəccübləndirdi. Ona görə də Tibb Universitetinin bir sıra doktorları həmin qida maddələri üzərində analizlər apardılar. Onlar həmin qida maddələrinin naməlum kimyəvi maddəyə bulaşıqlı olduğunu aşkarladılar. Təkrar analizlərdən sonra həkimlər bu kimyəvi maddənin bir müddətdən sonra kişilərdə sonsuzluq yaratmasına səbəb olmasını aşkar etdilər. Amma Bakı dövləti Səhiyyə Nazirliyinin bu xəbəri yaymasına mane oldu".

Bu azərbaycanlı həkimin deməsinə görə Bakı dövləti sionist rejimlə münasibətlərini qorumağı hətta, namus və torpağının qorunmasından da əhəmiyyətli bilir.

Qeyd edək ki, sözü gedən qida maddələri Səhiyyə Nazirliyinin icazəsi olmadan qeyri-qanuni yolla ölkəyə gətirilir. Bir müddət qabaq "xəbər.az" saytı sözü gedən qida maddələrinin Azərbaycana daxil edilməsi xəbəri barədə yazı dərc etmişdi».


Geri qayıt