Əsas Səhifə > Dünya > HAKİM PARTİYANIN QƏLƏBƏSİ ELAN OLUNDU

HAKİM PARTİYANIN QƏLƏBƏSİ ELAN OLUNDU


7-05-2012, 11:44
HAKİM PARTİYANIN QƏLƏBƏSİ ELAN OLUNDU

ERMƏNİSTANDA DA VƏZİYYƏT RUSCADIR

Ermənistanda keçirilən parlament seçkilərində prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının qalib gəldiyi açıqlanıb.

1982 seçki məntəqəsindən 1791-nin nəticələrinə əsasən Respublika Partiyası 44,2% səs toplayıb. İkinci sırada 30,32%-lə “Çiçəklənən Ermənistan” Partiyası gəlir. Müxalifətin geniş koalisiyasını özündə birləşdirən Erməni Milli Konqresinə 7,2% səs yazılıb. Daşnaklar 5,66% səs alıb.

Qeyd edək ki, proporsional sistem üzrə parlamentə keçə bilmək üçün minimum 7% səs tələb olunur.

Səsvermənin gedişini ATƏT missiyasının tərkibində 350 beynəlxalq müşahidəçi izləyib. Onların öz ilkin rəylərinin bu gün açıqlayacağı gözlənilir.

Geri qayıt