Əsas Səhifə > Gündəm, Manşet > KƏMALƏDDİN HEYDƏROV İSTEFA VERMƏLİ OLACAQ

KƏMALƏDDİN HEYDƏROV İSTEFA VERMƏLİ OLACAQ


7-05-2012, 11:31
KƏMALƏDDİN HEYDƏROV İSTEFA VERMƏLİ OLACAQ

BBC MƏHŞUR QALMAQALLA BAĞLI ƏLAVƏ VİDEODƏLİLLƏR ƏLDƏ EDİB

DİA.AZ: - Bir müddət əvvəl Azərbayanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adı beynəlxalq qalmaqalda hallandırıldı. Söhbət eyni zamanda həm də Azərbaycanın Boks Federasiyasına rəhbərlik edən FHN şefinin azərbaycana gətirdiyi medalların əslində rüşvət yolu ilə alınması ittihamından gedir.

Bildirək ki, bu qalmaqal Azərbaycanın bir ölkə kimi imicinə çox böyük zərbə vursa da, nədənsə, Azərbaycan rəsmiləri bu məsələdə israrla inkarçı mövqe tutdular. Sonradan Beynəlxalq Boks Federasiyası da FHN şefini təmizə çıxarmağa çalışdı və bununla bağlı bir açıqlama da yayaraq bildirdi ki, ilk olaraq BBC telekanalı vasitəsilə yayılan bu məlumatların heç bir əsası yoxdur və ölkəmizin əldə etdiyi bok nailiyyətləri halalımızdır. Amma yenə də şübhələr ortadan çəkilmədi və redaksiyamıza daxil olan son məlumatlar da əsas yaradır ki, əslində şübhələrin nədən çəkilməməsinin səbəblərini anlaya biləsən.

Qeyde edək ki, BBC telekanalı da öz iddialarından indinin özündə də geri çəkilmək niyyətində deyil və rüşvət qalmaqalının tutarlı sübutlara söykəndiyini isbatlamaqda israrlıdır. Bildirək ki, DİA.AZ-ın əldə etdiyi son məlumatlarla fövqəladə hallar naziri və Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovun adının qarışdığı “boksda rüşvət qalmaqalı”nı əslində yenidən gündəmə daşıyacaq.

Xatırladaq ki, BBC bu istiqamətdə apardığı araşdırmaları davam etdirərək, son vaxtlar ona qarşı başlanan ittihamlara cavab verib. Xatırladaq ki, Beynəlxalq Boks Federasiyası telekanalı uydurma məlumatlar yaymaqda ittiham etmişdi. Federasiya bildirirdi ki, BBC bir müddət əvvəl Azərbaycan hakimiyyəti tərəfindən 2012-ci ildə London Olimpiadasında iki qızıl medal müqabilində Dünya Boks Federasiyasına 10 milyon dollar (6,3 milyon funt-sterlinq) rüşvət verdiyi barədə “əsaslandırılmamış” məlumatlar yayıb. İttihamlar telekanalın “Newsnight” proqramında səsləndirilib. Beynəlxalq Həvəskar Boks Federasiyasının (BHBF/AIBA) sədri Tom Virgets iki aylıq istintaqdan sonra belə nəticəyə gəlib ki, ittihamlar “tamamilə əsaslandırılmayıb”. “BBC şayiələrə uyaraq bildirmişdir ki, ”pullar Həmid Həmidov adlı özəl investorlardan biri tərəfindən ödənilib. Bunlar tamamilə Olimpiya Oyunlarına aidiyyəti olmayan sırf kommersiya yönümlü investisiya vəsaitləri olub və biz sözügedən vəsaitlərin mənbəyi və onun ödəniş formasını dəqiqləşdirmişik”, - deyə Virgets həmin ərəfədə bildirmişdi.

İstintaq Komitəsi onu da əlavə edərək açıqlamışdı ki, BBC ya özü istəmir, ya da korrupsiya halı ilə bağlı iddialarını konkret sübutlarla təsdiqləmək imkanında deyil: “BBC əlində olan sübutları könüllü şəkildə təqdim etməyə qərar vermişdi. Lakin sadəcə, əvvəlcədən yayımladığı stenoqramı və spekulyativ iddialar irəli sürən mənbələrin ittihamlarını sübut kimi təqdim etməklə, İstintaq Komitəsini ümidsizliyə uğratdı. Nəticə olaraq, bu adamlar istintaqla əməkdaşlıqdan imtina etdilər”. “Newsnight”ın AIBA-nın mövqeyindən xəbəri var və biz öz araşdırmamızın üzərində dayanırıq. Biz gözləyirik ki, AIBA təqdim olunmuş sübutları açıq şəkildə bir daha gözdən keçirəcək. Biz, hazırda aparılan müstəqil araşdırmalarda Beynəlxalq Olimpiya Komitəsinin Etika Komissiyası ilə əməkdaşlığımızı davam etdiririk”, - deyə BBC nümayəndəsi bildirmişdi.

Redaksiyamızın əldə etdiyi son məlumatlardan isə aydın olur ki, BBC nümyəndəliyi Kəmaləddin Heydərova qarşı yeni alibilərini açıqlamağa hazırlaşır. Bu barədə DİA.AZ-ı bilgiləndirən Bakıdakı qaynaqların iddiasına görə, telekanalın əlində hətta London Olimpiadasında iki qızıl medal müqabilində Dünya Boks Federasiyasına 10 milyon dolların verilməsini sübuta yetirən nəinki şahid ifadələri var, hətta həmin anlaşmanın əldə olunmasını sübutlayan videomateriallar da var ki, telekanalın paralel olaraq Bakıda apardığı araşdırmaların bitdiyi an həmin sənədlər geniş ictimaiyyətə açıqlanacaq. Mənbəmiz idda edir ki, telekanalı Bakıda da araşdırma aparmağa vadar edən məqam həmin videomaterialda həm Azərbaycan türkcəsində danışıqların olmasıdır və həm də telekanal nümayəndələrinə tanış olmayan xeyli sayda Azərbaycan vətəndaşının yer almasıdır.

Artıq bu dəfə BBC-nin daha samballı materiallar və sübutlarla gəldiyini bildirən məlumatlı mənbənin sözlərindən o da aydın oldu ki, əslində AİBA-nın əmaləddin Heydərovun tərəfini tutmaqdan başqa bir çıxış yolu da yox idi: «Beynəlxalq Boks Federasiyası məcbur idi ki, FHN şefini müdafiə etsin. Çünki iddia sübut olunacağı təqdirdə eyni zamanda federasiyanın özünün nüfuzuna da xələl gəlmiş olacaqdı və həm də federasiya rəhbərliyi istefaya getməli idi».

Mənbəmizin məlumatlarına görə, amma BBC-nin hazırlığını gördüyü son həmlə nəinki vəziyyəti daha da gərginləşdirəcək, hətta bəzilərinin istefasını da gündəmə gətirmiş olacaq: «Təbii ki, bu zaman Azərbaycanın beynəlxalq imicinə çox ciddi zərbə vurulmuş olacaq. Paralel olaraq isə Kəmaləddin Heydərov da Azərbaycan Boks Federasiyasının rəhbərliyindən istefa vermək zorunda qalacaq. Bu Azərbaycanı aşan bir məsələ olduğundan, hətta rəsmi Bakının Kəmaləddin Heydərovu müdafiə cəhdləri də yetərli olmayacaq».

Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt