Əsas Səhifə > Dünya > YAPONİYADA ENERJİ BÖHRANI DAVAM EDİR

YAPONİYADA ENERJİ BÖHRANI DAVAM EDİR


5-05-2012, 16:47
YAPONİYADA ENERJİ BÖHRANI DAVAM EDİR

NÜVƏ REAKTORUNUN SONUNCUSU DA BAĞLANDI

Yaponiyanın 54 nüvə reaktorundan sonuncusu bu gün bağlanıb. Hokkaydo adasında yerləşən "Tomari" atom-elektrik stansiyasının da öz fəaliyyətini dayandırması ilə ötən il baş verən dağıdıcı zəlzələ və sunamidən sonra ölkədə fəaliyyət göstərən nüvə reaktorlarının hamısı bağlanıb. Bununla da, Yaponiya son 40 ildə ilk dəfə nüvə enerjisiz qalıb.

Nüvə reaktorlarının işi 13 ay ərzində keçiriləcək nüvə təhlükəsizliyi sınaqları ilə əlaqədar dayandırılıb. Qeyd edək ki, "Fukusima" fəlakətindən əvvəl Yaponiya özünün elektrik enerjisinə olan tələbatının üçdə-birini nüvə reaktorlarının sayəsində təmin edirdi. Yaranmış elektrik enerjisi kəsirini bağlamaq üçün Yaponiya hökuməti maye qaz idxalını rekord həddədək artırıb.

Yaponiya hökuməti 13 ay davam edəcək "stress-testlərdən" dərhal sonra nüvə reaktorlarının hamısını işə salmağı planlaşdırsa da, bu, indidən cəmiyyətdə etirazla qarşılanıb. Bu məqsədlə indidəne kütləvi nümayişlər keçirilir. Qeyd edək ki, Yaponiya enerji tələbatının 30 faizini atom-elektrik stansiyalarından alır.


Geri qayıt