Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AZƏRBAYCANDA YENİ REKORD QIRILDI

AZƏRBAYCANDA YENİ REKORD QIRILDI


5-05-2012, 16:41
AZƏRBAYCANDA YENİ REKORD QIRILDI

QƏHRƏMAN BORÇALI BALASIDIR

Dünən “Borçalı” İctimai Cəmiyyətinin və Türk döyüş sənəti olan Soyakan dərnəyinin dəstəyi ilə Ginnesin qalibi olmuş əslən Borçalı mahalının Ağbulaq rayonunun Kosalar kəndindən olan Etibar Budaqlı həmin turnirdə öz bacarığını nümayiş etdirərək 146 kq dəmiri əl vurmadan sinəsi üzərində saxlayaraq gələcək rekordunun təqdimatını göstərib.

Bu barədə DİA.AZ-a verilən məlumata görə, “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli tədbirdə çıxış edərək rekordçunu qazandığı uğurlara görə təbrik edərək ona daim dəstək olacağını bildirmiş və “Borçalı” Cəmiyyəti adından kubok və diplom təqdim edib.

Etibar Budaqlının verdiyi məlumata görə onu may ayının 30-da yeni rekordunu nümayiş etdirmək üçün Almaniyaya rəsmi dəvət ediblər.

Geri qayıt