Əsas Səhifə > Dünya > HEYDƏR CAMAL İSRAİLƏ QARŞI

HEYDƏR CAMAL İSRAİLƏ QARŞI


5-05-2012, 16:08
HEYDƏR CAMAL İSRAİLƏ QARŞI

“YƏHUDİLƏR İRQÇİLƏRİ DƏSTƏKLƏYİR”

"Hesab edirəm, bu, təkcə Almaniya müsəlmanlarına deyil, bütün alman ictimaiyyətinə qarşı çağırışdır. Bu addım alman cəmiyyətində vəziyyəti gərginləşdirməyə yönəlib. Bundan sonra toqquşmaların baş verməsi gözlənilir, belə ki, almanların millətçilərə qarşı münasibəti birmənalı deyil".

Bu sözləri SalamNews-a millətçi “Şimali Reyn-Vestfaliya vətəndaşlarının hüquqlarının qorunması naminə hərəkat” partiyasının Almaniyada Məhəmməd (s) peyğəmbərin karikaturaları üzrə müsabiqə keçirmək niyyətini şərh edən Rusiya İslam Komitəsinin sədri Heydər Camal deyib.

O, bu yaxınlarda Almaniyada Quranın pulsuz paylanmasının anlaşıqlı qarşılandığını və bir çoxlarının Quranı maraqla aldıqlarını deyib: “Bu, Almaniya hökumətində ciddi narahatlığa səbəb oldu və onlar iştirakçılardan birini Almaniyadan çıxarıb Avstriyaya göndərdilər”.

İslamın Almaniyada uğurlarının ölkə hakimiyyətində narahatlığa səbəb olmasını şərh edən politoloq deyib: “Şimali Reyn-Vestfaliya vətəndaşlarının hüquqlarının qorunması naminə hərəkat” partiyasının keçirmək istədiyi aksiyanın arxasında, şübhəsiz, Almaniyanın daxili işlərinə qarışan İsrail dayanıb. Belə ki, bildiyiniz kimi, Avropadakı bütün millətçilər və irqçilər dolayısı yolla İsrail ilə əlaqədardırlar. Bu göstərir ki, hər şey hansısa qüvvə tərəfindən idarə olunur. Almaniyada dini qarşıdurma üçün meydan mövcuddur. Birincisi, Almaniya hər yerdə İslama qarşı çıxış edən İsrail tərəfindən idarə olunur. Digər tərəfdən, bir neçə yüz min alman İslamı qəbul edib və bu rəqəm artıq milyona yaxınlaşmaqdadır. Bu isə Almaniya hökumətində narahatlığa səbəb olur. Onlar Konstitusiya hüquqlarını pozaraq İslamın və müsəlmanların sıxışdırılmasına əl atırlar”.

H.Camal Almaniya hökumətinin Quranın paylanması aksiyasına müxtəlif bəhanələrlə irad tutmağa çalışdığını söyləyib: “Buna görə də, karikatura avatürası İsrail tərəfindən həyata keçirilən müharibənin bir hissəsidir. Bu müharibədə almanların özləri də iştirak edirlər. Bu, İslam məsələsində 2 cəbhəyə ayrılmış hazırki Avropanın xarakaterik xüsusiyyətidir”.


Geri qayıt