Əsas Səhifə > Ölkə > ZİYA MƏMMƏDOV “LADA”NI BİTİRDİ?

ZİYA MƏMMƏDOV “LADA”NI BİTİRDİ?


5-05-2012, 16:03
ZİYA MƏMMƏDOV “LADA”NI BİTİRDİ?

“AVTOVAZ” NİSSAN VƏ RENAULT TƏRƏFİNDƏN ALINDI

Rusiyanın Sovetlər İttifaqı dövründən qalmış Lada modelindən olan maşınların istehsalçısı AvtoVAZ-ın səhmlərinin əksəriyyəti 2014-cü ildə Renault-Nissan ortaqlığına keçəcək. Renault və Nissandan verilən birgə açıqlamaya görə, şirkət Rusiyanın avtomobil nəhəngi üçün 750 milyon dollarlıq sərmayə qoyacaq və səhmlərin 67 faizinə sahib olacaq.

Qeyd edək ki, 2008-ci ildə AvtoVAZ-ın səhmlərinin 25 faizini alan olan Renault, zavodun modernləşdirilməsi və yeni model avtomobillərin istehsalı üçün texnologiya transferini davam etdirir. Fransa və Yaponiya avtomobil nəhənglərinin bu il ərzində AvtoVAZ-da idarəetməni ələ keçirməsi gözlənilirdi. Ancaq birjada şirkətin səhmlərinin 8,1 faiz ucuzlaşması təslimetməni təxirə salıb.

Qeyd edək ki, 1970-ci ildə yaradılan AvtoVAZ-ın illik 800 min avtomobil istehsalı gücü var. Bu günə qədər 27 milyon avtomobil istehsal edən zavodda 100 minə yaxın insan işləyir. AvtoVAZ-ın 15 fərqli modeldə istehsal etdiyi Lada markalı avtomobillərin qiymətləri 5 12 min dollar arasında dəyişir./faktxeber/

Qeyd edək ki, Azərbaycanda köhnə sovet maşınlarına rəsmi şəkildə qadağa qoyulub. Hətta idxal belə yasaqlanıb ki, bu da sözügedən firmaya ciddi təsri edib. Azərbaycanın məlum qadağalarının ardından zavod “07” markalı maşınların istehsalını da dayandırıb.


Geri qayıt