Əsas Səhifə > Cəmiyyət > TURAN İBRAHİMOV ALMANİYAYA QARŞI

TURAN İBRAHİMOV ALMANİYAYA QARŞI


5-05-2012, 14:23
TURAN İBRAHİMOV ALMANİYAYA QARŞI

“FACEBOOK”DA DA ÜZ-ÜZƏ GƏLDİLƏR

Azərbaycan hakimiyyətində aparılan anti-Almaniya kampaniyasına əks-reaksiyalar «Facebook» səhifələrindən gəlir. Bir qrup «Facebook» istifadəçisi «Almaniyanın dostları» səhifəsini yaradıb.

Azadlıq FM-in budəfəki müzakirəsi ««Facebook»da kampaniyalar»dır.

«Almaniyanın dostları» səhifəsinin yaradıcısı Zöhrab İsmayıl bildirdi:

«Rəsmi mətbuat, «Yeni Azərbaycan» qəzeti yazır, fikir formalaşdırmağa çalışır ki, Almaniya Azərbaycana qarşı kampaniya aparır. Biz də fikirləşdik ki, görək sıravi adamlar nə fikirləşir. Hesab edirlərmi ki, Azərbaycanla Almaniya arasında problem var, yoxsa düşünürlər ki, Almaniyanın Azərbaycan xalqı arasında problem yoxdur? Bu qrupu yaratmaqda məqsədlərdən biri də hökumət mediasında gedən anti-alman kampaniyasına etiraz etməkdir…».

«Sabah» Vətəndaş Hərəkatının sədri Turan İbrahimovun mövqeyi belə oldu:

«Səhifənin yaradılması müxalifətin zəifliyini, acizliyini göstəricidir. Xarici televiziyada Azərbaycan hakimiyyəti əleyhinə 2 dəqiqəlik süjet gedəndə müxalifət bunu qələbə kimi qarşılayırlar. Bu, məndə qıcıq yaradır. Mən də vətəndaş kimi istəyərdim ki, ölkə müxalifətinin təsir imkanları daha güclü olsun…».

Geri qayıt