Əsas Səhifə > Cəmiyyət > MƏHBUS QADINLARA MÜJDƏ

MƏHBUS QADINLARA MÜJDƏ


5-05-2012, 14:10
MƏHBUS QADINLARA MÜJDƏ

3 YAŞINA QƏDƏR UŞAQLARI YANLARINDA SAXLAYA BİLƏRLƏR

Azərbaycanda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında sözügedən qanun layihəsinin müzakirəsi aparılıb.

Layihə barədə məlumat verən komitə sədri Əli Hüseynli bildirib ki, qanunun ikinci oxunuşda qəbul olunduqdan bəri ötən dövr ərzində sənədin beynəlxalq standartlara uyğunlaşdırılması üçün məsləhətləşmələr aparılıb. “Beynəlxalq standartların tətbiqi icra orqanlarına əlavə vəsaitlər, kadrlar tələb etsə də, ədliyyə və daxili işlər nazirlikləri verilən təkliflərə çox konstruktiv mövqe nümayiş etidriblər”. Onun sözlərinə görə, layihədə həbs yerlərində saxlanılan şəxslərin hüquqi vəziyyəti, həbs yerlərində rejim və onun təmin edilməsi əsasları müəyyən edilib. Sənəddə qeyd olunur ki, qadınlar 3 yaşınadək uşaqları öz yanlarında saxlaya bilərlər. Hamilə və ya yanında 3 yaşınadək uşaq olan qadınlar üçün yaxşılaşdırılmış maddi-məişət şəraiti yaradılır, onlar xüsusi tibbi yardım və yeməyin xüsusi normaları ilə təmin edilirlər. Gəzinti müddəti həmin qadınlar üçün normadan 2 saatadək uzadılır. Qanunda eyni zamanda qeyd olunur ki, həbs olunmuş şəxslər həbs yerində qəbul edildikdən qabaq 24 saat ərzində müayinədən keçirirlər və nəticəsi ilə bağlı qeydiyyat aparılır. Qanuna görə dini ayinlərin yerinə yetirilməsi üçün həbs yerlərində müvafiq şərait yaradılır. Din xadimlərinin iştirakı ilə dini ayinlər həyata keçirilə bilər. Müzakirələrdən sonra layihə üçüncü oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.


Geri qayıt