Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ HƏSƏNOV GİLEY-GÜZAR EDİR

ƏLİ HƏSƏNOV GİLEY-GÜZAR EDİR


5-05-2012, 13:08
ƏLİ HƏSƏNOV GİLEY-GÜZAR EDİR

“ÇOX TƏƏSSÜF Kİ, ATƏT-İN FAKTARAŞDIRICI MİSSİYASI”...

“ATƏT-in faktaraşdırıcı missiyası və BMT-nin iştirakı ilə araşdırma aparıldı və məlum oldu ki, ermənilər işğal etdikləri Azərbaycan ərazilərində süni məskunlaşmanı davam etdirirlər.

Lakin çox təəssüflər olsun ki, nə ATƏT-in Minsk Qrupu, nə də digər beynəlxalq təşkilatlar buna qarşı heç bir bəyanat vermədilər, heç bir tədbir görmədilər”. Bunu APA-ya açıqlamasında baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ermənilərin işğal altında olan Xocavənd rayonu ərazisində yeni yaşayış məntəqəsi salmasına münasibət bildirərkən deyib.

Ə. Həsənov ermənilərin bu özbaşınalığının yeni olmadığını bildirib: “Onlar davamlı olaraq bu işlə məşğuldurlar. Amma nə edirlərsə, hədər gedəcək. Onlar etdiklərinin hədər olduğu torpaqlar işğaldan azad olunanda görəcəklər”.


Geri qayıt