Əsas Səhifə > Cəmiyyət, Manşet > QARABAĞ ƏLİLİNDƏN ŞOK İTTİHAM

QARABAĞ ƏLİLİNDƏN ŞOK İTTİHAM


4-05-2012, 16:24
QARABAĞ ƏLİLİNDƏN ŞOK İTTİHAM

QARABAĞ ƏLİLİ ŞOU-BİZNES ƏHLİNƏ SƏSLƏNDİ

DİA.AZ: - Dünən redaksiyamıza Qarabağ müharibəsi əlili, Ağdam rayon Gülablı kəndində qeydiyyatda olan Quliyev Qabil İdris oğlu üz tutub. 1992-ci ildə Ağdamın müdafiəsində ayağını itirən Qabil bəy hətta yazıya belə sığmayan bir halla rastlaşıb. O, dərdini DİA.AZ-a danışıb:

Bəhruz Əlimədətov soyuducuları necə mənimsəyib?

Məlumat üçün bildirək ki, Q.Quliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Müharibə və əmək əlilləri üçün Bilgəhdə yerləşəq pansionatında yaşayır. Burda həm də qocalar evi yerləşir ki, hər iki müəsissənin rəhbəri Bəhruz Əlimədətovdur. Qabil bəy deyir ki, bir necə gün bundan əvvəl AFFA rəhbərliyi pansionatda yaşayan Qarabağ əlillərinə soyuducular gətirib. Həmin vaxt Qabil bəy və yoldaşı Aynurə xanım evdə olmayıb. Geri qayıtdıqda isə onlara soyuducu çatmadığı bildirilib. Qabil bəy deyir: «Hər kəsin adına ayrıca soyuducu ayrıldığın bilirdim. Buna görə də Bəhruz müəllimə müraciət etdim, o isə mənə soyuducu çatmadığını bildirdi. Eşitmişdim ki, artıq qalan soyuducular mənimsənilmək üçün anbara yığılıb. Buna görə də AFFA-da bizə yardım edənlərlə əlaqə saxladım. AFFA-dan hər kəsə soyuducu verildiyi bildirildi. B.Əlimədətov bundan xəbər tutduqda əvvəl soyuducuları anbardan tibb bağılarının otağına yığdı, sonra isə başqa bir üsula əl atdı.»

Dəlilər qarabağ əlili rolunda

Qabil bəy bildirir ki, soyuducu söhbəti ortaya çıxandan sonra pansionata Maştağadakı ruhi dispanserdə qeydityyatda olan adamlar gətirildi və həmin soyuducular onların adına rəsmiləşdirildi: «Həmin şəxslər indi də ponsionatda yaşayır. Əlbəttə Allahın kimisə əqli və ya fiziki baxımdan qüsurlu etməsi tale işidir. Amma bu ruhi xəstələrin Qarabağ əlili kimi təqdim olunması heç bir mənəvi kriteriyalara sığmır. Hələ orasını demirəm ki, bu şəxslər dəfələrlə ponsionatda yaşayan Qarabağ əlillərinin xanımlarına hücum edib»

Şou əhlinin ikiüzlüyü

QARABAĞ ƏLİLİNDƏN ŞOK İTTİHAM

Qabil bəy bizimlə söhbətində həm də üzləşdiyi başqa bir problemdən də söz açdı: «Mənə əlil arabası lazımdır. Bunsuz hərəkət edə bilmirəm. Amma bu arabalar çox baha olduğundan özümün almaq imkanım yoxdur. Fikirləşdim ki, bir toydan bir əlil arabasının qiymətindən çox pul götürən şou əhlinə müraciət edim. «Space» telekanalında çəkilən verlişlərin birində müğənnilərə müraciət etdim. Ədalət Şükürov, Nüşabə Ələsgərli, Xatirə İslam, Nadir Qafarzadə pulsuzluqdan gileyləndi, elə danışdılar ki, az qaldım cibimdə olan qəpik quruşu da onlara verim. Rəqsanə arabanı almağa söz verdi. Amma həmin vaxtdan bir ay keçib və Rəqsanə hər gün deyir ki, arabanı almışam maşındadı sürücü gətirəcək. Axı biz Qarabağ uğrunda dööyüşəndə belə əxlaqa sahib deyildik. Ayıbdır!!!!

Nəsimi

Geri qayıt