Əsas Səhifə > Cəmiyyət > ELXAN ŞÜKÜRLÜ GETDİ
ELXAN ŞÜKÜRLÜ GETDİ12-10-2011, 16:35 |
O, İLYAS İSMAYILOVLA ANLAŞA BİLMƏDİ Bu gün Ədalət Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini Elxan Şükürlü tutduğu vəzifədən, həmçinin Siyasi Şura və partiya üzvlüyündən istefa verib. APA-nın xəbərinə görə, E. Şükürlü mətbuata yazılı açıqlamasında bildirib ki, istefasına səbəb uzun müddətdir bir çox məsələlərə baxışda partiya rəhbərliyi ilə fikirlərinin üst-üstə düşməməsi və bu vəziyyətin şəxsi münasibətlərə təsir etmək səviyyəsinədək yüksəlməsidir. Siyasətə mətbuatdan gələnlərdən olduğunu deyən E. Şükürlü əvvəlki kimi jurnalistlik fəaliyyəti ilə məşğul olmaq niyyətində olduğunu söyləyib. O, Rəsul Quliyevin rəhbərlik etdiyi ACP-yə keçəcəyi haqda yayılan fikirləri də təkzib edib: “Hələlik heç bir partiyada təmsil olunmaq niyyətim yoxdur və sərbəst fəaliyyət göstərməyi, xüsusən tədqiqat jurnalistikası ilə məşğul olmağı üstün tuturam. Gələcəkdə necə olacaq, bu, Allahın əlində olan işdir.” Geri qayıt |