Əsas Səhifə > Cəmiyyət > BALAKƏNİN RƏİSİNİ ÖLDÜRÜBLƏR?
BALAKƏNİN RƏİSİNİ ÖLDÜRÜBLƏR?4-05-2012, 14:57 |
EKSPERTİZA BUNU AYIRD EDƏ BİLMƏYİB Balakən rayon Polis Şöbəsinin Yol polisi bölməsinin rəisinin ölümü ilə bağlı ekspertizanın ilkin rəyi açıqlanıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Şakir Musayev Trend-ə bildirib ki, meyitin ilkin müayinəsi zamanı mərhumun üzərində odlu silahla yetirilən zədədən başqa heç bir xəsarət aşkar olunmayıb. "Ona odlu silahla yetirilən xəsarətin özü və ya başqası tərəfindən yetirilməsini isə istintaq müəyyən edəcək", - Musayev deyib. Qeyd edək ki, bəzi KİV-lərdə mərhum polis mayoru Asif Qasımovun hadisədən bir gün əvvəl möhkəm döyülərək huşsuz vəziyyətdə evinin qarşısına atıldığı və səhəri gün özünə qəsd etdiyi barədə məlumatlar yayılıb. Həmçinin onda narkotik asılılığı olması barədə də məlumatlar yayılıb. Qasımovun narkotik aslılığından əziyyət çəkməsi ilə bağlı yayılan məlumata gəlincə isə, Birliyin sədri deyib ki, ilkin müayinə zamanı mərhumun üzərində bunu sübut edən hər hansı nişan müəyyən edilməyib. Mərhumun qan analizlərinin təhlilindən sonra onda narkotik aslılığının olub-olmaması barədə yekun və əsaslandırılmış rəy veriləcək. Musayev Qasımovun hansısa sağalmaz xəstəliyinin olması barədə yayılan məlumatları da təsdiqləməyib. Qeyd edək ki, Balakən rayon PŞ-nin Yol polisi bölməsinin rəisi, polis mayoru Asif Qasımov mayın 2-dən 3-ə keçən gecə, saat 02:00 radələrində bölmədə xidməti silahı ilə özünü vuraraq intihar edib. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb. Geri qayıt |