Əsas Səhifə > Ölkə, Manşet > RƏSUL QULİYEV MOSKVAYA GƏLİR

RƏSUL QULİYEV MOSKVAYA GƏLİR


4-05-2012, 14:47
RƏSUL QULİYEV MOSKVAYA GƏLİR

MÜHACİR PARTİYA LİDERİ AYAZ MÜTƏLLİBOVLA GÖRÜŞƏ DƏ HAZIRLAŞIR

DİA.AZ: - Hazırda ABŞ-da mühacir həyatı yaşayan keçmiş parlament sədri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Rusiyaya səfərə hazırlaşır. Bu barədə məlumatı DİA.AZ-a Rəsul Quliyevin Bakıdakı yaxınları veriblər.

Mənbə bildirir ki, keçmiş spiker Moskvada bir sıra mühüm görüşlər keçirməyə hazırlaşır: «Hətta ola bilsin ki, müstəqil Azərbaycanın ilk prezidenti Ayaz ütəllibovla da görüş olsun. Hələlik bu, bir ideya şəklində mövcuddur. Rəsul Quliyevin belə bir niyyəti var, amma Ayaz müəllimin görüş təşəbbüsünə hansı reaksiyanı verəcəyi məlum deyil».

Onu da xatırladaq ki, ABŞ-da «qrinkart» hesabına yaşamasına baxmayaraq Rəsul Quliyev hər zaman rusiyameyilli siyasətçi olaraq tanınıb və hətta onun keçmiş sovet DTK-sı ilə şübhəli əlaqələrinin olması faktı da mövcuddur. Hər zaman bu barədə verilən suallardan yayınan sabiq parlament rəhbərini isə 2004-cü ildəki açıqlaması ilə ABŞ Dövlət Departamenti əməlli-başlı ifşa etmiş oldu.

Belə ki, sözügedən qurumun açıqlamasında net şəkildə vurğulanırdı ki, Rəsul Quliyev əslində Rusiyanın xüsusi xidmət orqanlarına bağlı adamdır. Onunla ABŞ-ın heç bir zaman əməkdaşlıq etməyəcəyini və sabiq spikerin ABŞ-ın dövlət maraqları üçün heç bir əhəmiyyət daşımadığını bildirən Dövlət Departamenti öz açıqlamasında onu da əlavə etmişdi ki, onlar prezident İlham Əliyevlə, AMİP lideri Etibar Məmmədovla, Müsavat başqanı İsa Qəmbərlə və AXCP sədri Əli Kərimli ilə əməkdaşlıqda maraqlıdırlar.

Rəsul Quliyevin Rusiya yanlısı olması həm də 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı da özünü biruzə verdi. Belə ki, bu gün həbsdə saxlanılan iki nazirin - keçmiş iqtiadi inkişaf naziri Fərhad Əliyevin və keçmiş səhiyyə naziri Əli İnsanovun tutuqlanmasında da Rəsul Quliyevin bir casus kimi fəaliyyət göstərdiyi aydın oldu. Həmin ərəfədə bu barədə yayılan məlumatlarda vurğulanırdı ki, Rəsul Quliyevin hər iki nazirlə olan telefon danışıqları məhz birincinin əli ilə Rusiya kəşfiyyatına, oradan da Azərbaycana ötürülüb.

İndi isə Rəsul Quliyev Rusiyaya səfərə hazırlaşır. Deyəsən, ACP liderinin hesabat vermə vaxtı da yetişib axı….


Geri qayıt