Əsas Səhifə > Cəmiyyət > MÜXALİFƏTİN YENİ BİRLİYİ YARANIR

MÜXALİFƏTİN YENİ BİRLİYİ YARANIR


4-05-2012, 13:36
MÜXALİFƏTİN YENİ BİRLİYİ YARANIR

ARTIQ DANIŞIQLAR APARILIR

Müxalifət düşərgəsində yeni birliyin yaradılması istiqamətində danışıqlar gedir.
Ədalət Partiyasının Yaşıllar, Vətəndaş və İnkişaf və Liberal partiyaları "üçlüyü"nə təklif etdiyi əməkdaşlığın müxtəlif formaları müzakirə edilir. Bu barədə Trend-ə açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, müzakirələr nəticəsində nəyə nail olunacağını zaman göstərəcək.
"Biz çalışırıq ki, irəli sürülmüş təklif digər partiyalarla olan əvvəlki münasibətlərimizə mənfi təsir göstərməsin. Ona görə də hazırda təklifin təfsilatlı araşdırılması ilə məşğuluq. Ancaq ümumi məsələlər haqqında razılığa gəldikdən, prinsipləri uzlaşdırdıqdan sonra həmin təklifin detalları barədə daha dəqiq danışıqlar gedəcək. Biz çalışırıq ki, münasibətlərimiz uzunmüddətli, strateji olsun. Ona görə də hələ qərar verməyə tələsmirik", - partiya sədri qeyd edib.
Əliyev yeni birliyin yaradılmasının mümkünlüyünü istisna etmir.
Yaşıllar Partiyasının sədri Mais Güləliyev Trend-ə açıqlamasında qeyd edib ki, Ədalət Partiyası ilə "üçlüyə" daxil olan Liberal Partiyasının movqelərdə müəyyən fərqlər olduğundan, bu təklif üzrə eyni mövqeyə gəlmə bir qədər çətin görünür.
"Lakin biz bu partiyaların mövqelərini uzlaşdırmaq istiqamətində iş aparırıq. Onlar arasında münasibətləri normallaşdıraraq hər iki partiyanın yeni əməkdaşlıq formatında təmsil olunmasına nail olmağa çalışırıq", - Güləliyev deyib.

VİP sədri Əli Əliyev də qeyd edib ki, hər iki partiyanın mövqelərinin uzlaşdırılması üçün danışıqlar aparılır.
"Hamının bir yerdə olması bizim marağımız daxilindədir", - Əliyev deyib.
Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov da Trend-ə açıqlamasında birliyin yaradılmasının mümkün olduğunu qeyd edib.
Yaşıllar və VİP partiyaları ilə qarşılıqlı hörmət və münasibətlərinin olduğunu deyən İsmayılov hələ birliyin adı barədə danışmağın tez olduğunu bildirib.
"Gərək nəsə yaradasan ki, ona da ad qoyasan. Bu istiqamətdə müzakirələr gedir", - İsmayılov deyib.
Qeyd edək ki, bu gün Ədalət Partiyası ilə "üçlük" arasında görüş keçiriləcək.


Geri qayıt