Əsas Səhifə > Şou-biznes > BRİLLİANT DADAŞOVANI SEVİNDİRDİLƏR

BRİLLİANT DADAŞOVANI SEVİNDİRDİLƏR


4-05-2012, 13:06
BRİLLİANT DADAŞOVANI SEVİNDİRDİLƏR

MÜĞƏNNİMİZƏ EKSKLÜZİV HƏDİYYƏ

Müğənni Rəqsanə İsmayılovanın qızı xalq artistinə paltar tikib.

Milli.Az-ın məlumatına görə, bu barədə Brilliant xanımın özü İctimai televiziyada yayımlanan verilişlərin birində deyib. Xalq artistinin sözlərinə görə, müğənni Rəqsanənin modelyerliyə yeni başlayan qızı Aysun Brilliant xanımın canlı yayıma qonaq gələcəyini bildiyi üçün gecə ilə ona hələ təqdimatını etmədiyi kolleksiyasından paltar hədiyyə göndərib. Kapüşonlu, tünd göy rəngdə paltarın ətəyi çox uzundur.

Hədiyyə almağı sevən xanım Dadaşova etdikləri jestə görə Rəqsanəyə və qızına elə canlı efirdən öz təşəkkürlərini ünvanladı.

Onu da vurğulayaq ki, B.Dadaşova rəhbəri olduğu ansamblın müşayiətilə qonaq olduğu verilişdə bir neçə saat ərzində həm öz repertuarından, həm də bir neçə xalq və bəstəkar mahnılarını canlı olaraq səsləndirib. Verilişin finalında B.Dadaşova xanəndə Ehtiram Hüseynovla birlikdə muğam da oxuyub.


Geri qayıt