Əsas Səhifə > Şou-biznes > POP KRALININ ŞOK FOTOSU

POP KRALININ ŞOK FOTOSU


12-10-2011, 16:30
POP KRALININ ŞOK FOTOSU

CEKSONUN CƏSƏDİNİN ÇILPAQ FOTOSU AÇIQLANDI

ABŞ-da dünya pop-musiqisinin mərhum kralı Maykl Ceksonun ölümü ilə bağlı məhkəmə prosesi davam edir.
Ceksonun şəxsi həkimi Konrad Mürrey pop kralının ölümündə suçlu bilinir.

Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirir ki, məhkəmənin iki həftə əvvəlki iclasında Maykl Ceksonun dünyasını dəyişəndən sonra çəkilmiş fotosunu nümayiş etdirmiş prokurorlar bu dəfə "bir az da irəli" gedərək, patoloqoanatomik yarmadan sonra Ceksonun çılpaq cəsədinin fotosunu göstəriblər.

Foto meyiti yarmış patoloqanatom Kristofer Rocersin əşyayi-dəlili kimi göstərilib. Rocers andlılar qarşısında ifadə verərkən bildirib ki, Cekson 50 yaşına rəğmən, yaxşı vəziyyətdə olub: "Onun ürəyi sağlamdı. Lakin bədənində çoxsaylı inyeksiya izləri vardı. Yarmanın nəticələrinə görə, qətl izlərinin mövcudluğunu iddia edə bilərəm".

Beləliklə, Maykl Ceksonu qəsdən öldürməməkdə suçlanan Konrad Mürrey hələ də şübhə altındadır.
Şahidlərin dediklərinə görə, Mürrey səhv edərək Ceksona lazım olduğundan artıq propofol verə bilərdi.

Məhkəmə iclasında Mürreyin istintaq zamanı verdiyi ifadənin audioyazısı da səsləndirilib.
Həkim Ceksonun ölümdən əvvəlki iki ay ərzində ona hər gün propofol verdiyini boynuna alıb.
"Cekson yuxusuzluqdan əziyyət çəkdiyi üçün mənə yalvarıb yuxu dərmanı istəyirdi. Üstəlik, o, istirahət etmək və səhnəyə qayıdışına yaxşı hazırlaşmaq istəyirdi. Ceksonun öldüyü gecə iki dəqiqəliyə ayaqyoluna yollandım. Qayıdanda isə onun artıq öldüyünü gördüm", - Mürrey deyib.

Konrad Mürrey suçlu bilinərsə, 4 il müddətinə azadlıqdan məhrum ediləcək və həkim fəaliyyəti lisenziyasını itirəcək.


Geri qayıt