Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISI RUS KƏNDİNİ DƏ CANA DOYDURUB

İCRA BAŞÇISI RUS KƏNDİNİ DƏ CANA DOYDURUB


4-05-2012, 12:36
İCRA BAŞÇISI RUS KƏNDİNİ DƏ CANA DOYDURUB

POLİS RƏİSİNDƏN DƏ NARAZI OLAN SAKİNLƏR PA-YA ŞİKAYƏT ETDİLƏR

DİA.AZ: - İsmayıllı rayonunun İvanovka kəndinin yüzə yaxın sakini rayon rəhbərliyinin qanunsuz əməllərindən şikayət üçün paytaxt Bakıya gəlib.

Prezident Administrasiyası qarşısına toplaşan ivanovkalılar bu yolla narazılıqlarını ölkə rəhbərliyinə çatdırmağa çalışıblar. Sakinlərin əsas narazılığı yerli icra orqanlarından, İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovdan, polis idarəsindəndir. Son beş ildə çoxlu qanunsuzluqlarla üzləşdiklərini deyən sakinlər onlara rahat yaşamağa, işləməyə imkan verilmədiyini iddia edir.

Şikayətçilərin bir neçəsi Prezident Administrasiyasında qəbul edilib, amma verilən vədlər onları razı salmayıb.

İvanovka Azərbaycanda SSRİ zamanından qalma yeganə kənddir ki, hələ də birgə təsərrüfat olan kolxoz quruluşu ilə idarə olunur.

İvanovkada istehsal olunan ət və süd məhsulları keyfiyyəti, ekoloji baxımdan təmizliyi ilə seçilir. Iki il qabaq prezident İlham Əliyev İvanovkaya səfər edib, sakinlərlə görüşüb. / turan /


Geri qayıt