Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DİN JURNALİSTLƏ BAĞLI AÇIQLAMA VERƏCƏK

DİN JURNALİSTLƏ BAĞLI AÇIQLAMA VERƏCƏK


4-05-2012, 12:33
DİN JURNALİSTLƏ BAĞLI AÇIQLAMA VERƏCƏK

İSTİNTAQ HƏLƏ BAŞA ÇATMAYIB

Sulutəpə qəsəbəsində “Ayna-Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov və “Yeni Musavat” qəzetinin müxbiri Günay Musayevanın döyülməsi olayından xeyli vaxt keçib. Hadisə ilə bağlı cinayət işi açılsa da, indiyə kimi faktla bağlı heç bir rəsmi açıqlama verilməyib.

Modern.az istintaqın hansı mərhələdə olması ilə maraqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov sözlərinə görə, Sulutəpə qəsəbəsində Dövlət Neft Şirkəti işçilərinin sənədsiz evləri sökməsi zamanı iki jurnalistin döyülməsi ilə bağlı istintaq işini Daxili İşlər Nazirliyi aparır: “İstintaq qanunla nəzərdə tutulmuş vaxtda başa çataçaq. Amma bunun dəqiq vaxtını deyə bilməyəcəm. İstintaq başa çatan kimi nəticələr media üçün açıqlanacaq”.

Qeyd edək ki, aprelin 18-də Sulutəpədə aparılan söküntü əməliyyatı ciddi problemlərlə müşayiət olunub. Baş vermiş insidentin araşdırılması üçün ARDNŞ prezidenti Rövnəq Abdullayevin göstərişi ilə Mikayıl İsmayılovun başçılığı altında komissiya yaradılıb.


Geri qayıt