Əsas Səhifə > Hadisə > ZAQATALADA DANA SAHİBİNİ ÖLDÜRDÜ

ZAQATALADA DANA SAHİBİNİ ÖLDÜRDÜ


4-05-2012, 11:35
ZAQATALADA DANA SAHİBİNİ ÖLDÜRDÜ

DANA 75 YAŞLI KİŞİYƏ QƏFİL KƏLLƏ ATIB

Zaqatala rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. Zaqatala rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumatına görə, hadisə mayın 3-də axşam saatlarında rayonun Aşağı Tala kəndində qeydə alınıb.

Aşağı Tala kənd sakini, 1937-ci il təvəllüdlü Hacı Əmirov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində bağlı şəraitdə saxlanılan danaya su verərkən dana sahibinə qəfildən kəllə atıb. Nəticədə baş nahiyəsindən ağır xəsarət alan 75 yaşlı H. Əmirov hadisə yerində ölüb.

Geri qayıt