Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > BAKIDA KORRUPSİYA HƏBSLƏRİ - ÖZƏL

BAKIDA KORRUPSİYA HƏBSLƏRİ - ÖZƏL


3-05-2012, 19:34
BAKIDA KORRUPSİYA HƏBSLƏRİ - ÖZƏL

KORRUPSİYA QARŞI MÜBARİZƏ İDARƏSİ İKİ MƏMURU HƏBS ETDİ

DİA.AZ: - Elə bu dəqiqələrdə DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Xəzər rayonu ərazisində əməliyyat keçiriblər.

Konkret şikayət əsasında hazırlanan əməliyyat nəticəsində Xəzər rayonunun sosial müdafiə mərkəzi tibb komissyasının rəhbəri və səhiyyə idarəsinin rəisi rüşvət aldıqları yerdə həbs olunublar.

Məlumatlı mənbə bildirir ki, hər iki şəxs ayrı-ayrılıqda 3000 manat rüşvət tələb edibmiş və həmin işlə əlaqədar vətəndaş şikayəti əsasında əməliyyat hazırlanıb.

Geri qayıt