Əsas Səhifə > Hadisə, Manşet > AYAZ MÜTƏLLİBOVA BAKIDA EV BƏYƏNİLİB

AYAZ MÜTƏLLİBOVA BAKIDA EV BƏYƏNİLİB


3-05-2012, 16:19
AYAZ MÜTƏLLİBOVA BAKIDA EV BƏYƏNİLİB

KEÇMİŞ PREZİDENTİN GƏLİŞİNƏ TƏDARÜK GÖRÜLÜR

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, rəsmi Bakı hazırda Rusiyada siyasi mühacir həyatı yaşayan keçmiş prezident Ayaz Mütəllibovun vətənə dönüşünə tədarük görməkdədir. Məlumatımızda qeyd etmişdik ki, eks-prezidentlər haqqında qanunun parlamentin yaz sessiyasında müzakirəsinin ardından Bakıya dönmə hüququ əldə edən Ayaz Mütəllibov üçün şəxsiyyət vəsiqəsinin və eləcə də ümumvətəndaş pasportunun hazırlıqları da başa çatıb.

Əldə etdiyimiz son məlumatlardan isə aydın olur ki, hakimiyyət qanuna uyğun olaraq Ayaz Mütəllibova Bakının mərkəzində ev də ayarlayıb. Mənbənin DİA.AZ-a bildirdikləri: «Ayaz Mütəllibov yeni tikilən binaların birində ev verilməsi planlaşdırılır. Hələlik hansı binada yaşayacağı məlum olmasa da, Azərbaycanın ilk prezidentinə paralel olaraq bağ evi və avtomobil də bağışlanılacaq».

Məlumatlara görə, artıq bir neçə evlə bağlı niyyət var və təmir olunmuş həmin evlərin görüntüləri, həmçinin ünvanları haqqında bilgilər artıq Moskvaya - Ayaz Mütəllibova göndərilib: «İlk prezidentimiz hansına razılıq versə, həmin evi də əldə etmiş olacaq».

Mənəmiz onu da bildirdi ki, oxşar şərait eyni zamanda mərhum prezident Əbülfəz Elçibəyin ailəsi üçün də yaradılacaq.


Geri qayıt